“Alkoqollu içkilərə aksiz dərəcələri iki dəfə artırılacaq” – SAMİR ŞƏRİFOV

“Alkoqollu içkilərə aksiz dərəcələri iki dəfə artırılacaq”.

Etikxeber.az-ın   xəbərinə görə,  bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, aksiz dərəcələrinin iki dəfəyə qədər artırılması məqsədi ilə Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur. “Bununla bağlı Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişiklik prezidentə təqdim olunub. Müəyyən aidiyyatı qurumlarda baxıldıqdan sonra  Məcəlləyə dəyişiklik parlamentə deputatların müzakirəsinə təqdim olunacaq” – deyə, S. Şərifov vurğulayıb. S. Şərifov deyib ki, aksiz dərəcələrinin artırılması ilə bağlı dəyişiklik növbəti ildə qüvvəyə minəcək. Nazir əlavə edib ki, aksiz dərəcəsinin iki dəfəyə qədər artırılması nəticəsində büdcəyə gəlirlərin artırılmasına nail olunacaq.

KAMİL 

Etikxeber.az

Read Previous

Müəllimlərin əməkhaqlarının artımı üçün 71 milyon manat vəsait ayrılır – NAZİR – YENİLƏNİB (2)

Read Next

Siyavuş Novruzov deputatların maaşının azlığından şikayətləndi və… YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir