Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclis alkoqolu içkilərin, tütün və tütün məmulatları satışının stimullaşdırılmasını qadağan edən “Lotoreyalar haqqında” qanuna dəyişikliyi qəbul edib.
Etikxeber.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Lotereyalar haqqında” qanunun “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə ona dəyişiklik edilməsi məsələsini müzakirə edib.
Məsələ barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanuna nəzərdə tutulan dəyişikliyə əsasən lotereyada udan şəxsin yazılı razılığı olmadan, adı reklamda açıqlana bilməz. Qanuna nəzərdə tutulan dəyişikliyə əsasən lotereyaların reklamında aşağıdakılar qadağan edilir: yetkinlik yaşına çatmayanlara müraciət olunması; lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması; lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi; lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması. Eyni zamanda, lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
Qanunun 8-1.5 maddəsinin isə stimullaşdırıcı lotereyanın reklamında həmin lotereyanın keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı, yaxud, səsləndirilməlidir. Stimullaşdırıcı lotereya biletlərinin sahiblərinə uduş qismində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilər, tütün və tütün məmulatları təklif oluna bilməz. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin, tütün və tütün məmulatlarının satışını stimullaşdırmaq məqsədi ilə lotereyaların keçirilməsi qadağandır. Həmçinin, keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına yol verilmir.
Etikxeber.az