“Allah da bilmir, mən necə bilə bilərəm?” – METYU BRAYZA

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Rusiya prezidenti Vladimir Putinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsinə münasibət bildirib.

Etikxeber.az xəbər verir ki, o M. Brayza ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın bu addımı necə atdığını anlamadığını deyib.
Onun sözlərinə görə, V. Putin Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın əsas iştirakçı olduğunu sübut etmək istəyirsə, belə addımlar atmamalıdır.
M. Brayza qeyd edib ki, hər iki tərəf – Azərbaycan və Ermənistan danışıqlar masası arxasına qayıdıb, müzakirələr aparmalıdır.

Daha sonra “Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin necə inkişaf edəcəyini Allah da bilmir, mən necə bilə bilərəm?”- deyən Brayza qeyd edib ki, ABŞ-ın yeni prezidenti Donald Tramp sülh haqqında fikirləşsə, Dağlıq Qarabağ münaqişəsi həlli istiqamətində irəliləyişə nail olmaq olar: “Lakin biz bilmirik yeni prezidentin başında nə var və o nə düşünür”.

“Prezidentlər və xarici işlər nazirlər görüşmədikləri halda münaqişə dinc yolla həll oluna bilməz” – deyə, M. Brayza qeyd edib.

Etikxeber.az

Read Previous

Məmmədovla Yaqublunun şikayəti yenə təmin olunmadı

Read Next

AFFA-dan komandalara ciddi sanksiyalar tətbiqi barədə xəbərdarlıq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir