“Allahın tacik xalqına hədiyyəsi Emomali Rahmondur” ifadəsinə görə deputatdan səfirə ETİRAZ

“Bir diplomat üçün çox sayda fikrin ifadə vasitəsi var. Məsələn, deyə bilər ki, Emomali Rahmon tacik xalqının dəyərli şəxsiyyətidir, dövlət xadimidir, xilaskarıdır və s. Birbaşa deyir ki,”Allahın tacik xalqına ən böyük hədiyyəsi Emomali Rahmondur”. Emomali Rahmonun rolunun tacik xalqının taleyində nə olduğunu müzakirə etmirəm, haqlı-haqsız olduğunu da dartışmıram, sadəcə, “Allahın hədiyyəsinin” bir xalq üçün nə və kim olduğunu söyləmək ciddi məsuliyyət tələb edir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa öz “Facebook” səhifəsindəki statusunda qeyd edib.

Onun qeyd etdiyinə görə, ümumiyyətlə insanlar anlamalıdırlar ki, mükafat və cəzanın müəyyənləşdirilməsi subyektiv xarakter daşıyır, öz düşündüklərinizi Allahın adından söyləməyiniz də etik cəhətdən doğru anlaşılmır.

“Allahın tacik xalqına ən böyük hədiyyəsi bəlkə onun dövlətidir, dilidir, təbiətidir və s.

Kürünün altına bu qədər yağın çəkilməsinin orqanizmə zərəri ola bilər”-deyə, o, sonra qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənovdur.

abbasaliabbas

Etikxeber.az

Read Previous

“Raymonds Veyonis yaxın vaxtlarda Azərbaycana səfər edəcəyinə ümidvardır” – NAZİR- FOTO – YENİLƏNİB

Read Next

Şəhid Fuad Qafarov dəfn olundu – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir