Almaniya kubokunu “Bavariya” apardı… – FOTO

Mayın 25-də Almaniya kubokunun final qarşılaşması keçirilib.

Etikxeber.az xəbər verir ki, final oyununda “Bavariya” və “Leyptsiq” komandaları ilə üz-üzə gəlib.

“Olimpiaştadion”da təşkil olunmuş qarşılaşmada Münhen təmsilçisi böyük hesabla qalib gəlib – 3:0.

bavariya-1

Qolları 29-cu və 85-ci dəqiqələrdə Robert Levandovski, 78-ci dəqiqədə isə Kinqsli Koman vurub.

Bununla da “Bavariya” tarixində 19-cu dəfə ölkə kubokuna sahib olub. “Bavariya” bu mövsüm ölkə çempionluğunu da qazanıb.

Etikxeber.az

Read Previous

“Sürpriz oldu” – CAVAN ZEYNALLI ÖLKƏ PREZİDENTİNƏ MİNNƏTDARLIQ ETDİ

Read Next

Əməkdar artist prezidentin sərəncamı haqda nə dedi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir