Almaniya- Azərbaycan – 5:1 – FOTO – YENİLƏNİB (3)

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının (DC)  seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.

Etikxeber.az xəbər verir ki, millimiz Kayzerslautern şəhərindəki Frits Valter stadionunda Almaniya yığması ilə qarşılaşır.

Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Ramil Şeydayev, Ruslan Abışov, Cavid Hüseynov, Təmkin Xəlilzadə, Rahid Əmirquliyev, Riçard Almeyda və Əfran İsmayılov yer alıblar.

Almaniya yığmasının ilk on birliyində isə meydana Bernd Leno, Şkodran Mustafi, Niklas Süle, Sandro Vaqner, Lars Stindl, Tomas Müller, Emre Can, Coşua Kimmix, Leon Qoretzka, Yuialn Brandt və Leroy Sane çıxıblar.

Oyunu latviyalı baş hakim Andris Treymanis idarə edir.

Yığmamızın yer aldığı “C” qrupunda Almaniya 27 xalla qrup birincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Şimali İrlandiya yığması 19 xalla ikinci, Çexiya 12 xalla üçüncü, Norveç isə 10 xalla dördüncü, eyni xala sahib Azərbaycan millisi isə beşinci pillədə qərarlaşıb. Hesabında xal olamayan San-Marino yığması isə sonuncudur.

***

Azərbaycan və Almaniya milli komandalarının qarşılaşlamasının ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.

Oyunun 9-cu dəqiqəsində Leon Qoretzkanın vurduğu qola 34-cü dəqiqədə Ramil Şeydayev gözəl qolla cavab verib.

***

Oyunun ikinci hissəsi başlayıb və Almaniya millisi yenidən önə çıxıb: 2-1

***

Almaniya yığması hesabı 4-1-ə çatdırıb.

***

Almaniya yığması hesabı bir qədər də artırıb: 5-1

***

Yeri gəlmişkən, onu da qeyd edək ki,  Polşa yığma komandası DÇ-2018-in seçmə mərhələsinin matçında Monteneqro millisini məğlub edib.

Varşavada keçirilən matç oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “E” qrupunda birinci yeri tutan Polşa Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası

Polşa – Monteneqro – 4:2

Qollar: 1:0 – Maçinski, 6, 2:0 – Qrositski, 16, 2:1 – Muqoşa, 78, 2:2 – Vukçeviç, 83, 3:2 – Levandovski, 85, 4:2 – Stoykoviç, 87 (аvtoqol)

Etikxeber.az

Read Previous

Zakir Həsənov Belarusun hərbi sənaye kompleksinin istehsal etdiyi döyüş texnikaları ilə tanış oldu – FOTO

Read Next

Futbol üzrə DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirildi – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir