Almaniyadan 7 cavabsız top – DC-2018: NƏTİCƏLƏR – FOTO

İyunun 10-da futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində bir neçə oyun keçirilib.

Etikxeber.az xəbər verir ki, “F” qrupunda Şotlandiya yığması öz meydançasında İngiltərə komandası ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Bu qrupda keçirilən digər qarşılaşmada Sloveniya millisi Malta komandasına 2:0 hesabı ilə qalib gəlib. Hazırda “F” qrupunda turnir cədvəlinə 6 oyundan 14 xal toplayan ingilislər başçılıq edirlər. Xalının sayını 11-ə çatdıran Sloveniya yığması ikinci pilləyə yüksəlib.

E qrupunda Danimarka komandası Qazaxıstan yığmasını 3:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra danimarkalılar 10 xalla qrupda ikinci yeri tutur.

C qrupunda yer alan Azərbaycan komandası isə öz meydançasında Şimali İrlandiya futbolçularına uduzub – 0:1. Bu, seçmə mərhələdə dünən keçirilən dörd oyunda qonaq komandaların qazandığı yeganə qələbədir.

Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı “C” qrupunda da altıncı turun oyunlarına yekun vurulub.

Almaniya millisi San-Marinonu, Norveç yığması isə Çexiyanı qəbul edib.

“Nürenberq Arena”da keçirilən Almaniya-San-Marino oyununda böyük hesablı qələbə qeydə alınıb. Almanlar rəqib qapısından 7 cavabsız top keçirərək qrup liderliyini bir qədər də möhkəmləndiriblər.

Oslodakı “Ullevaal” stadionunda keçirilən Norveç-Çexiya oyunu isə heç-heçə yekunlaşıb – 1:1.

Qrupda altıncı turun ilk oyunu Bakıda Azərbaycan və Şimali İrlandiya yığmaları arasında keçirilib və 1:0 hesab ilə qonaqların xeyrinə yekunlaşıb.

Altı turdan sonra hesabında 18 xal olan Almaniya qrupun vahid liderdir. Şimali İrlandiya 13 xalla ikinci, Çexiya 9 xalla üçüncü, Azərbaycan 7 xalla dördüncü, Norveç 4 xalla beşinci, hesabına hələ də xal yazdıra bilməyən San-Marino isə sonuncu pillədə qərarlaşıb.

Etikxeber.az

Read Previous

Moskva ətrafında xüsusi əməliyyat yekunlaşdı və … FOTO – YENİLƏNİB

Read Next

Sergey Lavrov və Reks Tillerson arasında telefon danışığı baş tutdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir