Almaz Atambayevin səhhəti normallaşmaqdadır

Xəstəxanaya düşən prezident Almaz Atambayevin səhhəti normallaşmaqdadır.
Etikxeber.az xəbər verir ki, Nyu-Yorka səfər edərkən yoldə səhhətində problem yaranan Qırğızstan prezidenti  Almazbek Atambayevin təyyarəsi İstanbul Hava Limanında eniş edib və o, təcili   xəstəxanalarından birinə yerləşdirilib.
 Qırğızstan Prezidentinin mətbuat katibliyindən verilən məlumata görə, hazırda ölkə başçısının  səhhəti normaldır: “Onun səhhəti normal olsa da, hələlik Türkiyədədir və müalicə alır. Səhhətinin normal olması ilə bağlı artıq prezident özü də məlumat verib”.
Prezident Adiminstrasiyasından verilən məlumata görə, Almazbek Atambayev səhhətində yaranmış problemlə bağlı oktyabrın 1-dək qısamüddətli məzniyyət götürüb.
M.B
Etikxeber.az

Read Previous

“Afaq Məsud dünyası” kitabı çapdan çıxıb

Read Next

Ali Məhkəmə ANS-in şikayətini təmin etmədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir