Qırğızıstanda gərginlik pik həddində: BİR NƏFƏR ÖLDÜ, 48 NƏFƏR YARALANDI – FOTOLAR – YENİLƏNİB – (2)

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu gün məzuniyyətini yarımçıq saxlayıb və Bişkekə yola düşüb.

Etikxeber.az xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Avqustun 7-də ölkənin sabiq prezidenti Almazbek Atambayevin tutulması üzrə Çuy vilayətinin Koy-Taş kəndində əməliyyat başlayıb.

Atambayevin qərargahından onun tutularaq naməlum istiqamətə aparıldığını bildiriblər.

Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, sabiq prezidentin iqamətgahının yerləşdiyi Koy-Taş kəndində ictimai qaydanın mühafizəsinə əlavə milis qüvvələri cəlb olunub.

Xüsusi təyinatlılar rezin güllələrdən və səs qumbaralarından istifadə ediblər. Əməliyyatın gedişində bir neçə nəfər, o cümlədən yerli nəşrlərdən birinin jurnalisti yaralanıb.

Almazbek Atambayev ölkəyə 2011-ci ildən 2017-ci ilədək rəhbərlik edib.

O, Qırğızıstan tarixinə seçkilərdən sonra hakimiyyəti yeni seçilmiş dövlət başçısına könüllü təhvil verən yeganə prezident kimi düşüb.

Həmçinin, qeyd edək ki, Qırğızıstan FETÖ-nün əsas “qala”larından biri sayılır. “Gülənçi”lərin çoxu məlum hadisələrdən sonra daha çox burada bənd alıblar. Atambayev də FETÖ ilə sıx bağlantıları olan siyasilərdən, dövlət liderlərindən biri olub.

***

“Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev evindədir”.

Bu barədə sabiq prezidentin müşaviri açıqlama verib.

Bildirilir ki, xüsusi təyinatlıların Atambayevin Koy-daş kəndindəki evinə basqın zamanı onlara mane olmaq istəyən kənd sakinlərindən yaralananlar var.

Qeyd edək ki, Qırğızıstan parlamenti iyun ayında A.Atambayevin eks-prezident statusunu ləğv etmiş, onun toxunulmazlığını qaldırmışdı. Keçmiş dövlət başçısı cinayətdə ittiham olunur.

000

atambay

atambay-1

***

Almazbek Atambayevin iqamətgahında altı xüsusi təyinatlı əsgər saxlanılmaqdadır.

“İnterfaks” xəbər verir ki, ölkənin Daxili İşlər nazirliyi keçmiş dövlət başçısının tərəfdarlarından onların sərbəst buraxılmasını tələb edib.

Nazirlik rəsmisinin sözlərinə görə, təhlükəsizlik Atambayevin nümayəndələri ilə danışıqlar aparılıb.

“RİA Novosti”nin məlumatına görə isə  xüsusi təyinatlılar artıq Koy-Daş kəndindən çıxarılıb.

Millət vəkili Asel Koduranova deyib ki, keçmiş Qırğızıstan rəhbərinin tərəfdarları saxladıqları 6 xüsusi təyinatlını səhər azad etməyə hazırdırlar.

Yerli sakinlər tələbləri yerinə yetirilməyincə xüsusi təyinatlıları buraxmaqdan qəti şəkildə imtina ediblər. Onların əvvəlcə hüquq-mühafizə orqanlarının Koy-Daş kəndindəki elektrik enerjisini, Atambayevin evində telefon və İnternet bağlantılarını yenidən bərpa etməyi tələb edirlər.

Tərəflər arasında baş vermiş insident zamanı ümumilikdə 43 nəfərin yaralandığı, təhlükəsizlik qüvvələrindən isə bir nəfərin öldüyü bildirilir.

***

A. Atambayevin həbs olunması ilə bağlı əməliyyat ölkədə vəziyyət gərginləşdirib.

Sabiq prezidentin tutulması ilə bağlı əməliyyatda bir xüsusi təyinatlı aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. Qarşıdurma zamanı Çuy vilayəti daxili işlər idarəsinin rəisi Samat Kurmankulov ciddi yaralanaraq komaya düşüb.

Qırğızıstan mətbuatının yaydığı məlumata görə, qarşıdurmada yaralananların sayı 48-ə çatıb, onların biri jurnalistdir. Ciddi yaralananlar xəstəxanaya çatdırılıb.

A. Atambayevi həbs etmək hələ də mümkün olmayıb. Sabiq prezidentin tərəfdarlarının bir hissəsi saxlanılıb.

Ölkədə vəziyyətin gərginləşməsi ilə bağlı bu gün Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun başçılığı ilə Təhlükəsizlik Şurasının və parlamentin-Joqorku Keneşin növbədənkənar iclaslarının keçirilməsi gözlənilir.

A.Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azad edilməsi, vəzifədən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olmaq və digər maddələrlə ittiham edilir.

Etikxeber.az

Read Previous

“Hərb yolu ilə qalib gəlməyə imkan verməyəcəklər” – ASİM MOLLAZADƏ

Read Next

Zəlzələ baş verdi – LERİKDƏ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir