Alyansın Şərqi Avropada dörd batalyonun tərkibində 17 ölkə təmsil olunacaq – NATO-nun baş katibi

NATO-ya üzv 6 ölkə Qara dəniz regionuna hərbçilərini göndərməyə hazırdır.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.

“Bu gün Kanada, Almaniya, Niderland, Polşa, Türkiyə və ABŞ Qara dənizdə NATO-nun iştirakını möhkəmləndirmək üçün Rumıniyaya  özlərinin quru, dəniz və havaqüvvələrini göndərməyə hazır olduqlarını bildiriblər”- deyə, Y.Stoltenberq bildirib.

Baş katib həmçinin deyib ki, Alyansın 2017-ci ilin əvvəlində Şərqi Avropada dörd batalyonun tərkibində 17 ölkə təmsil olunacaq: “Albaniya, İtaliya, Polşa, Sloveniya hərbçiləri Latviyada   Kanada kontingentinə, Danimarka və Fransa hərbçiləri Litvada Böyük Britaniya  kontingentinə və nəhayət Rumıniya və Böyük Britaniya hərbçiləri Polşada ABŞ hərbi kontingentinə qoşulacaq”.

Qeyd edək ki, Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirləri Şurasının sammiti keçirilir.

Etikxeber.az

Read Previous

“Səhnəmizin Karmeni” və ya Fidan Hacıyevanın 20 illik səhnə həyatı – FOTOLAR

Read Next

Dəmir yolu ilə daşımaların həcmi 14 faiz artıb – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir