“Amaliyanın vəfatı xəbərindən dəhşətə gəldim…” – ELMİRA AXUNDOVA

Millət vəkilləri Amaliya Pənahovanın vəfatından kədərləndilər

Bu gün çox ağır, üzücü xəbər aldım. Bizim korifeylərdən, gözəl sənətçimiz, 2000-2005-ci illərdə həmkarımız olan Amaliya xanım dünyasını dəyişib. Bu xəbəri eşidəndə dəhşətə gəldim, inanmadım, indi də inana bilmirəm ki, o, artıq həyatda yoxdur, bizim aramızda deyil…

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Xalq yazıçısı Elmira Axundova parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı deyib.

O, qeyd edib ki, Amaliya Pənahovanın dünyasını dəyişməsi ilə  həm də sənətimiz, mədəniyyətimiz itirmiş olacaq:

amaliya

“O, çox böyük, korifey sənətçi idi. Hamımızın sevimlisiydi. Mənə də digərlərindən bir qədər daha yaxın idi. Çünki həm özü, həm də rəhmətlik həyat yoldaşı bizim ailə dostumuz idi. Çox kədərliyəm, çox üzgünəm…”.

Millət vəkili bildirib ki, A. Pənahova sabah dəfn ediləcək.

Adıçəkilən komitənin üzvləri də tanınmış sənətkarın vəfatından kədərləndiklərini ifadə ediblər, ailəsinə dərin hüznlə başsağlığı veriblər.

Qeyd edək ki, tanınmış sənətçi millət vəkili kimi 2000-2005-ci illərdə həm də adıçəkilən komitənin üzvü olub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Korifey aktrisa Amaliya Pənahova vəfat etdi…

Read Next

Biz yazıq ölkə deyilik… – DEPUTATDAN NAZİRƏ VƏ HƏMKARINA TƏPKİ – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir