“AMEA əməkdaşlarının məvacibləri artırılsın…” – GÖVHƏR BAXŞƏLİYEVA

“Büdcə zərfində ötən illə müqayisədə elm sahəsinə nəzərdə tutulan maliyyə vəsaiti xeyli artırılıb. Haradasa 4, 3 faizlik artım var. Bu, müsbət haldır, amma…” 

Etikxeber.az xəbər verir ki,  bunu büdcə zərfinə daxil olan qanun layihələrinin Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclasında müzakirəsi zamanı millət vəkili, professor Gövhər Baxşəliyeva dilə gətirib.

govhar

O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  müvafiq institutlarının  beynəlxalq əhəmiyyətli tədbirlərinin keçirilməsinə diqqət yönəldərək bildirib ki, bu tədbirlər üçün də  müvafiq maliyyə vəsaiti nəzərdə tutulmalıdır:

“Məsələn, bu yaxınlarda böyük ziyalımız Ziy Bünyadovla bağlı böyük bir tədbir keçirildi. Bu tədbirə gələnlərin böyük əksəriyyəti öz vəsitləri hesabına gəlmişdilər. Ancaq bu təbdirə qatılmaq istəyənlərin sayı həddən çox idi. Odur ki, bu cür tədbirlərin keçirilməsi üçün  də büdcədən  maliyyə vəsdaiti ayrılsın”.

Millət vəkili həmçinin, AMEA-nın əməkdaşlarının maaşlarının azlığından şikayətlənib:

“Hesab edirəm ki, onların aldığı maaş ürəkaçan vəziyyətdə deyil. Ona görə yaxşı olardı ki, AMEA əməkdaşlarının məvacibləri də artırılsın”.

G. Baxşəliyeva bununla yanaşı, ölkədə narkomaniyanın vəziyyətinə toxunaraq, narkomanlarım sayının ildən-ilə artmasından narahatlığını ifadə edib.

O, bu məsələyə də  ciddi diqqət ayrılmasının vacibliyini söyləyib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin həcmi artırılsın – TƏKLİF

Read Next

Səməd Seyidov xarici ezamiyyə xərclərinin həcminin artırılmasını təklif etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir