AMEA-nın 69 akademiki – ONLARDAN BİRİ BU GÜN PREZİDENT SEÇİLƏCƏK

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçiləcək.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, AMEA-nın 85 yaşlı prezidenti, akademik Akif Əlizadə dünən, oktyabrın 22-də günorta saatlarında öz vəzifəsindən istefa verib və bu səbəbdən, onun yerinə yeni şəxsin seçilməsi ilə bağlı qurumun Rəyasət Heyətinin təcili toplantısı çağrılıb.

İclasın bu saat 16:00-da keçirilməsi və yeni prezidentin orada seçilməsi nəzərdə tutulub.

Qeyd edək ki, prezidentliyə namizədlər AMEA-nın həqiqi üzvü olan 69 akademikinin içərişindən irəli sürüləcək və səsvermə yolu ilə onlar tərəfindən yeni prezident seçiləcək.

AMEA-nın həqiqi üzvlər isə bunlardır:

amea-ramiz

Abbasov Əli Məmməd oğlu
Abdinov Cavad Şahvələd oğlu
Abbasov Vaqif Məhərrəm oğlu
Abdullayev Kamal Mehdi oğlu
Axundova Nərgiz Çingiz qızı
Bünyadov Teymur Əmiraslan oğlu
Babazadə Vasif Məmməd Ağa oğlu
Babayev Məhərrəm Pirverdi oğlu
Baxşəliyeva Gövhər Baxşəli qızı
Cəfərov Nizami Qulu oğlu
Cəfərov Təyyar Cümşüd oğlu
Eldarov Ömər Həsən oğlu
Əliyev Ağadadaş Mahmud oğlu
Əliyev Cəmil Əziz oğlu
Əliyev Fikrət Əhmədəli oğlu
Əliyev Telman Abbas oğlu
Əliyev Seyfəddin Vəli oğlu
Əlizadə Akif Ağa Mehdi oğlu
Əmiraslanov Əhliman Tapdıq oğlu
Əliquliyev Rasim Məhəmməd oğlu
Əliyev Fuad Yusif oğlu
Ələkbərov Urxan Kazım oğlu
Əlizadə Validə Mövsüm qızı
Fərzəliyev Vaqif Məcid oğlu
Feyzullayev Əkpər Əkbər oğlu
Hacıyev İsmayıl Muxtar oğlu
Həşimov Arif Məmməd oğlu
Həbibbəyli İsa Əkbər oğlu
Hacıyev Asəf Hacı oğlu
Hüseynova İradə Məmməd qızı
Hüseynov Rafael Baba oğlu
İsmayılzadə Arif Cəfər oğlu
İmanov Muxtar Kazım oğlu
Kərimli Teymur Həşim oğlu
Qacar Çingiz Oveys oğlu
Quliyev İbrahim Said oğlu
Qurbanov Fazil Səməd oğlu
Qəribov Adil Abdulxalıq oğlu
Qədirov Fəxrəddin Əbülfət oğlu
Quliyev Hətəm Hidayət oğlu
Mehdiyev Ramiz Ənvər oğlu
Məmmədov Qərib Şamil oğlu
Məmmədyarov Məhərrəm Əli oğlu
Məhərrəmov Abel Məmmədəli oğlu
Məmmədov Nazim Timur oğlu
Mehdiyev Məhəmməd Fərman oğlu
Məmmədov Pərviz Ziya oğlu
Məmmədov Ramiz Mahmud oğlu
Məcidov Əjdər Əkbər oğlu
Mustafayev Şahin Məcid oğlu
Mahmudov Yaqub Mikayıl oğlu
Məmmədov Yusif Əbülfət oğlu
Nağıyev Tofiq Murtuza oğlu
Namazova Ədilə Əvəz qızı
Nağısoylu Möhsün Zellabdin oğlu
Nəhmədov Ənvər Pirverdi oğlu
Paşayev Arif Mir-Cəlal oğlu
Paşayeva Nərgiz Arif qızı
Rizayev Ramiz Həsən Qulu oğlu
Rüstəmov Musa İsmayıl oğlu
Salayev Eldar Yunus oğlu
Salmanov Məmməd Əhəd oğlu
Səmədzadə Ziyad Əliabbas oğlu
Səfərova Zemfira Yusif qızı
Tağıyev Bahadır Hüseyn oğlu
Talıbov Tariyel Hüseynəli oğlu
Tağıyev Dilqəm Bəbir oğlu
Vəlixanlı Nailə Məmmədəli qızı
Yusifzadə Xoşbəxt Bağı oğlu

Onu da qeyd edək ki, AMEA-nın yeni prezidenti vəzifəsinə N. Paşayeva ilə R. Əliquliyevin adları hallanır.

Bununla belə, başqa şəxsin də ola biləcəyi istisna edilmir.

Eyni zamanda xatırladaq ki, akademiklər arasında ən çavanı N. Paşayeva ilə İradə Hüseynovadır.

N. Paşayevanın 57, İ. Hüseynovanın isə 54 yaşı var.

Etikxeber.az

Read Previous

PSJ “Brügge”ni, “Tottenhem” “Srvena Zvezda”nı darmadağın etdi – ÇEMPİONLAR LİQASI – NƏTİCƏLƏR

Read Next

Adilə Namazova, Ömər Eldarov, İradə Hüseynova, Nərgiz Paşayeva – YAŞLI VƏ CAVAN AKADEMİKLƏR – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir