AMEA-nın yeni prezidentinin adı açıqlandı – RAMİZ MEHDİYEV – FOTO

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni prezident seçkilərinə dəqiqələr qalır.

Etikxeber.az-ın xəbərinə görə, artıq AMEA-nın həqiqiqi üzvləri-akademkilər Rəyasət Heyətinin binasındadırlar.

Eyni zamanda, AMEA-nın müxbir üzvləri də oradadır, onları da dəvət ediblər.

Amma yeni prezidenti AMEA-nın həqiqi üzvləri seçəcəklər.

Namizəd(lər)in adı isə hələlik gizli saxlanılır.

Namizədlərdən də biri kimi, akademik Ramiz Mehdiyevin adı çəkilir.

“Rəyasət Heyətinin üzvləri hələlik məsələni, ad(lar)ı sirr kimi saxlayırlar. Biz də gözləyirik, sadəcə, deyirlər ki, indilərdə biləcəksiniz…”.

Bunu isə adının çəkilməsini istəməyən akademiklərdən biri deyib.

***

AMEA-nın yeni prezidentinin adı məlum olub.

Bu, R. Mehdiyevdir.

Hazırda AMEA-da onu təqdim edirlər.

Təqdimatdan sonra səsvermə keçirilib və R. Mehdiyev AMEA-nın yeni prezidenti seçilib.

Etikxeber.az

Read Previous

Mehdiyev PA-dan getdi – “HEYDƏR ƏLİYEV” ORDENİ İLƏ TƏLTİF OLUNDU – SƏRƏNCAMLAR

Read Next

Rövzət Qasımov MSK sədrinin müavini seçildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir