İyulun 4-də Amerika kubokunun ikinci finalçısı müəyyənləşib.
Etikxeber.az xəbər verir ki, Braziliyada keçirilən turnirdə yarımfinal mərhələsində Peru və Çili yığmaları qarşılaşıb.
Oyun 3:0 hesabı ilə Peru yığmasının qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 21-ci dəqiqədə Flores açıb. Matçda 2-ci qolu 38-ci dəqiqədə Yotum vurub. Perunun hücumçusu Gerreronun 90-ci dəqiqədə vurduğu qolla oyun başa çatıb.
Beləliklə, finala vəsiqə qazanan Peru yığması qızıl medal uğrunda görüşdə Braziliya ilə qarşılaşacaq.
Etikxeber.az