“Amerikalılar buna getməyəcək…” – DEPUTAT

Ermənistan prezidenti Sarkisyanın Nyu Yorkda təşkil etdirdiyi forumun sadə dildə desək, bir qara qəpik qiyməti yoxdur və olmayacaq. Amerikalılar heç bir prespektiv vəd etməyən, cırtdan bir ölkəyə yatırım qoyası deyillər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, ölkəsinin cəlbediciiyini artırmaq üçün Sarkisyanın gətirdiyi arqumentlər isə indiki dönəmdə onun əleyhinə işləyir, nəinki lehinə.

Baxın, Sərkisyan deyir ki, Ermənistan “böyük bazarlara çıxışı” olan bir ölkədir və investisiya baxımından “əlverilşi yolayrıcıdır”. “Böyük bazar” deyəndə təbii ki, o, ilk növbədə Avrasiya İqtisadi Birliyini nəzərdə tutur. Ancaq Ameika sanksiya tətbiq etdiyi Rusiyanın liderliyi altında olan bir qurumla dolayı əməkdaşlıqda maraqlı ola bilərmi?

Və Ermənisyanda əksər strateji obyektlər Rusiyanın əlində olduğu halda ora yatırım yönəldərmi? Əlbəttə, yox!
Oradakı erməni lobbisi nə qədər güclü olsa belə, amerikalılar buna getməyəcək. Ən yaxşı halda, sadəcə, indiyədək olduğu kimi ianə verməkdə davam edəcək“-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Neftin qiymətinin ucuzlaşması davam edir

Read Next

Statistika Komitəsi : Azərbaycanda 6 min 88 müəssisə və təşkilat yaradılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir