Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkilləri vergi amnistiyası ilə bağlı tətbiq olunan 3 ay müddətinin həddindən artıq az olduğunu və bunun effekt verməyəcəyi düşüncəsindədirlər.
Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə olunub.
“Amnistiya ilə bağlı verilən 3 ay müddəti həddən artıq az vaxtdır”
Millət vəkili Vahid Əhmədov müzakirəyə çıxarılan qanun layihəsini mütərəqqi qanun layihəsi hesab edərək bildirib ki, bu, sahibkarların vergi yükünün azaldılmasında müstəsna rol oynayacaq.
“Bir neçə il bundan öncə vergi borcunun 4 milyard olduğunu diqqətə çəkərək, bunun həddindən artıq olmasından narahatlığımızı ifadə edirdik. Ancaq indi bu vergi borcunun həcmi 1,5 mlrd manat həcminə enib. Müzakirəyə çıxarılan qanuna əsasən isə 600 mln manatdan artıq maliyyə sanksiyasının silinməsi nəticəsində bu həcm 900 mln manata enəcək ki, bu da elə də qorxulu rəqəm deyil. Qanun layihəsi mütərəqiqi olsa da, burada müəyyən problem yaradacaq məsələ var. Bu da ondan ibarətdir ki, amnistiya ilə bağlı verilən 3 ay müddəti həddən artıq az vaxtdır. Özü də ki, bu elə aylardır ki, isətr dövlət, istərsə də qeyri-dövlət müəssisələri üçün çətin maliyyə dövrü hesab olunur. Yəni, ilin əvvəli olduğdundan burada ciddi problemlət yaranır. Ona görə də təklif edirəm ki, bu müddət 6 aya qaldırılsın”- deyə, V. Əhmədov bildirib.
“Effekt verməyəcək”
Millət vəkili Əli Məsimli də qanun layihəsində nəzərdə tutulan 3 aylıq müddətin az olmasına diqqət çəkərək bildirdibki, bu, lazımi effekti verməyəcək:
“Ona görə də bu vaxtın 6 aya qaldırlmasını təklif edirəm”.
Millət vəkili İlham Əliyev, millət vəkili Cavid Qurbanov, komitə sədri Ziyad Səmədzadə də qanun layihəsində vergi amnistasiya ilə bağlı nəzərdə tutulan 3 ay müddətin 6 aya qaldırlmasının vacibliyini qeyd edərək, qanun təşəbbüsü ilə çıxış edən qurumu bu təklifi nəzərə almağı tövsiyə ediblər.
Etikxeber.az