Ana 1 yaşlı oğlunu zəhərləyərək öldürdü-BAKIDA

Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Etikxeber.az bildirir ki, Suraxanı rayon prokurorluğundan mediaya verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Etikxeber.az

Read Previous

20-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi-UKRAYNADA

Read Next

Baş Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı məlumat yaydı-XƏBƏRDARLIQ ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir