Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cənnətdəki altıncı doğum günü, 31 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Mikayıl oğlu Məmmədovun Şəki rayonunun Turan qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki altıncı doğum günü təbrik olunub.
Anası Qaratel xanımın dediklərindən:
“Səhər lap tezdən gəlib səni ziyarət və təbrik etdim…Hamıdan qabaq birinci mən səni təbrik etdim…Ana da balasını belə təbrik edərmi?… Ana da balasının doğum gününü onun məzarı başındamı təbrik edər?…Məzardan da oğul olarmı?…Məni çox yandırdın bala…Sənsiz yaşaya, dözə bilmirəm bala…Sənə bilirsən nə qədər ehtiyacım var?…”
Şəhidin məzarını ziyarətdən sonra Turan qəsəbə məscidində Elməddin Məmmədovun Cənnətdəki altıncı doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar olunub.
Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Şəkili və Bərdəli Şəhid ailələri, din xadimləri, Qazilər və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, ata tərəfdən əslən Qərbi Azərbaycanlı olan Elməddin Məmmədov 1995-ci ilin iyul ayının 30-da Şəkinin Turan qəsəbəsində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin böyük oğlu olub.
2001-2012-ci illərdə orta məktəbdə oxuyub.
2013-2015-cü illərdə həqiqi hərbi xidmətdə olub.
Əsgərlikdən sonra müxtəlif sahələrdə çalışıb.
2020-ci ilin avqustunda isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərməyə başlayıb.
İkinci Vətən Müharibəsinin 10-cu günündə, oktyabrın 6-da isə Suqovuşan istiqamətində qəhrəmancasına Şəhid olub.
Ancaq nəşi noyabrın 2-də Turan qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra medallarla və bu ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Ailəli, bir övlad atası olub.
Bir qız övladı-Hilaləsi ailəsinə, Vətənə əmanət qalıb.
O, həm də Turan qəsəbəsinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
13:50
***
FOTOLAR:










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





