“Ana Vətən”çilər də seçkilərə – “HƏ” DEDİLƏR

Dekabrın 7-də Ana Vətən Partiyası (AVP)  Ali Məclisinin toplantısı keçirilib.

AVP-dən Etikxeber.az-a məlumata görə, toplantıda növbədənkənar parlament seçkiləri, təşkilati məsələlər müzakirə olunub.

Ali Məclisin sədri Rəşadət Yaqublu gündəlikdə duran məsələləri məclis üzvlərinin diqqətinə çatdırıb.

AVP-nin sədri, deputat Fəzail Ağamalı  ölkədə gedən islahatların geniş təhlilini verib. O, növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər üzərində dayanıb və qarşıdakı parlament seçkilərində aktiv iştirak etməyin vacibliyini vurğulayıb.

Daha sonra partiyanın Ali Məclisinə və Mərkəzi Şuraya yeni üzvlüklərlə bağlı qərar qəbul edilib.

Müzakirələrdə iştirak edən partiya funksionerləri seçkilərin dövlətçilik baxımından ciddi hadisə olduğunu önə çəkib və prosesdə yaxından iştirak edəcəklərini söyləyiblər.

Gündəlikdə olan məsələlər ətrafında AVP Aparat rəhbəri Elçin Ağamalı, sədir müavinləri – Arzuman Abubəkirov, Fikrət Yusifov Yalçın Hacızadə çıxış edib.

AVP sədrinin müşaviri Jalə Mütəllimova Ali Məclisin bəyanatını Məclis üzvlərinə təqdim edib.

Bəyanatda AVP-nin növbədənkənar parlament seçkilərində fəal iştirak edəcəyi bildirilib. 

Etikxeber.az

Read Previous

“Müsavat” da seçkilərə – QATILACAQ

Read Next

Aydın Mirzəzadə – YEVDA ABRAMOVDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir