ANAMA əməkdaşı Ağdamda azad edilmiş ərazidə minaya düşərək-XƏSARƏT ALDI

Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Etikxeber.az bildirir ki, Ağdam rayon prokurorluğundan mətbuata verilən məlumata görə, hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.

Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Etikxeber.az

Read Previous

“Müdafiə sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılıb…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Çingizsiz yaşamaq bizə çox çətin, çox ağırdır…”-KOLLEC TƏLƏBƏSİ, AZƏRBAYCAN ORDUSUNUN ƏSGƏRİ, TƏK VƏ SUBAY ÖVLAD, 19 YAŞLI, LERİKLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ÇİNGİZ BABAYEVİN ANASI SEVİNC BABAYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir