ANAMA-da liftdə baş verən qəzada 8 nəfər yaralandı

 Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) inzibati binasında liftin trosu qırılıb. 
Etikxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 21.30 radələrində qeydə alınıb.
 
Yeddi mərtəbəli binanın 3-cü mərtəbəsində tros qırıldığından lift şaxtaya düşüb. Nəticədə liftə olan şəxslər – 1965-ci il təvəllüdlü Aydın Məmmədov, 1979-cu il təvəllüdlü Faiq Heydərov, 1977-ci il təvəllüdlü Samir Poladov, 1955-ci il təvəllüdlü Seyidəli Cəlalov, 1976-cı il təvəllüdlü Ceyhun Quliyev, 1980-cı il təvəllüdlü Emil Raviloğlu, 1983-cü il təvəllüdlü Samirə Xəlilova və 1981-ci il təvəllüdlü Günel Qasımova xəsarətlə xəstəxanaya yerləşdiriliblər. 
Onların xəsarəti yüngül olub. 
Etikxeber.az

Read Previous

Nazir Ağstafaya niyə gələsi olmadı?

Read Next

Parlament Jurnalistləri Birliyi diplomatlara müraciət etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir