Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Müjganım-qızım, oğlum, bacım, qardaşım, dayağım, sirdaşım! Bap-balaca, əl qədər bir körpəydin. Nə zaman böyüdün? Nə zaman bu yaşına gəldin? Gözümün önündəki o balaca qız nə zaman Kamranın, İbrahimin, Cavidanın anası oldu? Tək onlarınmı? Yox!
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva tək-qız övladı Müjganın növbəti doğum günü ilə bağlı sosial şəbəkə hesabında paylaşdığı təbrikində qeyd edib.
“O siyahıda mən də varam. Böyük səbr və həssaslıqla böyütdüyün, sonsuz mərhəmət və şəfqətlə əhatə etdiyin övladlarından biri də mənəm! Mənim çiyinlərimin yükünü azaltmaq üçün hətta mümkün olmayanı da etməyə hazırsan! Və edirsən! Neçə yaşında olsan da, hansı mərtəbədə, nə işin sahibi olsan da, mənim üçün dünyaya gəldiyin gündə olduğun kimi eləcə körpəsən. Taleyin hər zaman sənə yar olsun, ananın Oğul qızı!”-deyə, millət vəkili sonra əlavə edib.
Qeyd edək ki, ixtisasca həkim olan Müjgan xanım 6 il öncə ailə həyatı qurub və 3 övlad anasıdır.
Təbrik edirik!
Etikxeber.az