Anar Əsədli-HƏBS OLUNDU

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.

Etikxeber.az-ın xəbərinə görə, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Anar Əsədli dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.

Ümumilkdə Anar Əsədli barəsində 4 şikayətçi var.

O, həmin şəxslərdən külli miqdarda pul alıb geri qaytarmamaqda ittiham edilir.

Əlavə edək ki, bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulub.

Etikxeber.az

Read Previous

Sahibə Qafarovadan Oleq Matveyçevə-KƏSKİN ETİRAZ

Read Next

Hava buludlu və yağmursuz olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir