Anar Hüseynov Yunanıstana, Məmməd Talıbov Meksikaya, Cəlal Mirzəyev İndoneziyaya – SƏFİR GÖNDƏRİLDİ – SƏRƏNCAMLAR – YENİLƏNİB

Ölkə prezidenti İlham Əliyev Anar Hüseynovun Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında  Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Anar Xeybər oğlu Hüseynov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Prezidentin digər Sərəncamı ilə Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Prezidentin daha bir Sərəncamı ilə Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Etikxeber.az

Read Previous

“Bu günümüz nə qədər gözəldirsə, sabahımız daha gözəl olacaq…” – ƏLİ ƏHMƏDOV

Read Next

Aydın İbrahimova Prezidentin fərdi təqaüdü veriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir