“Anar Məmmədovla bağlı cinayət işinin açılması təəccübləndirmədi…” – DEPUTAT AÇIQLAMA YAYDI

Anar Məmmədov barəsində cinayət işinin açılması və bu işin Bakı Ağır Cinayətlər məhkəməsində baxılacağı xəbəri məni qətiyyən təəccübləndirmədi. Çünki bu şəxs baş redaktoru olduğu “Criminal.az” və “Criminalaz.com” saytlarında həqiqəti əks etdirməyən yanlış məlumatlar dərc edərək, çox vaxt təxribat törətməklə məşğuldur. 

Etikxeber.az xəbər verir ki,  bu fikirlər millət vəkili, Xalq yazıçısı Elmira Axundovanın mətbuata açıqlamasında əksini tapıb.

elmira-kitab

Açıqlamada qeyd edilib ki, A. Məmmədov dövlətə, bir sıra dövlət adamlarına qarşı yönələn yalan və böhtan xarakterli məlumatlar yayaraq çox ciddi qanun pozuntuları törətməkdədir.

“Anar Məmmədov o cümlədən uzun müddətdir ki, mənim və ailəm haqqında da yanlış məlumatlar yayır. Keçən ilin payızında onun saytı hətta Fövqəladə Hallar Nazirliyi kimi yüksək dövlət qurumunun rəsmi cavabını saxtalaşdırmaqdan belə çəkinməmişdir. Və bu dezinformasiyanı həmin qurum adından oğlum Həbib Axundov haqqında verilən rəsmi cavab kimi təqdim edərək öz saytlarında yayımlamışdır. Bu barədə bizim vəkillərimiz FHN-dən rəsmi məlumat almışdırlar. Biz bilirik, o, bu dezinformasiyanı kimlərin sifarişi ilə yayaraq ictimailəşdirmişdir. Bu barədə biz vaxtında Mətbuat Şurasına şikayət etmişdik və MŞ-sı Anar Məmmədova ciddi xəbərdarlıq etmişdir. Mənim özümə isə məsləhət görülmüşdür ki, biz şantajçını 147-ci maddə ilə məhkəməyə verək. Lakin mən Anar Məmmədovun hər halda journalist olmasını nəzərə alaraq bu addımı atmamışam. O isə mənim humanist yanaşmamdan qətiyyən nəticə çıxarmayıb.

Mən üzümü tutub bütün jurnalistlərə demək istəyirəm ki, hər hansı bir üçüncü qüvvələrin əlində alətə çevrilməsinlər, hakim və prokuror funksiyalarını öz üzərlərinə götürməsinlər, cəmiyyətdə özünü təsdiqləmiş, hörmət qazanmış insanları əbəs yerə ləkələməyə çalışmasınlar. Bu barədə Milli Məclisdə dəyərli həmkarlarım da dəfələrlə öz etirazlarını bildiriblər. Bu cür qanun pozuntularına yol vermək cinayətdir və belə insanlar heç vaxt cəzasız qalmayacaqlar. Bizə və digər şəxslərə qarşı ədalətsiz mövqe tutan, şantajla məşğul olan bir sıra mətbu orqanların rəhbərləri artıq layiqli cəzasını alıblar. Misal kimi “Gündəlik Bakının” baş redaktoru Habil Vəliyev və digərlərini göstərmək olar. Arzu edirəm ki, bu siyahıya yeni adlar əlavə edilməsin”-deyə, açıqlamada daha sonra qeyd olunub.

Etikxeber.az

 

Read Previous

Səməd Seyidov Avroparlamentin qətnaməsindən danışdı

Read Next

Messi beşinci dəfə “Qızıl Buts”un sahibi oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir