Anası hələ də kirayədə yaşayan və ailənin tək, nişanlı oğlu, 3 medallı-ŞƏHİD FƏXRİ QƏRİBZADƏNİN BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜDÜR – 28 YAŞI TAMAM OLUR…

Bu gün Bərdənin Güloğlular kəndinin (həm də Bakının Suraxanı rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fəxri Qəribzadənin doğum günüdür.

Fəxri Qəribzadənin bu gün, 10 yanvar tarixində 28 yaşı tamam olur və bu, Onun Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, körpə yaşlarından təkbaşına, anası tərəfindən böyüdülən Fəxri Qəribzadə 1994-cü ilin yanvarın 10-da Bərdə rayonunun Güloğlular kəndində anadan olub.

2001-2011-ci illərdə Bakı şəhəri Suraxanı rayonunda Əmi Məmmədov adına məktəbdə təhsil alıb.

Orta məktəbi başa vurduqdan sonra, 2012-2013-cü illərdə, Quru qoşunlarında həqiqi hərbi xidmətdə, əsgərlikdə olub.

O, hərbi xidmətini-əsgərliyini də Fəxri fərmanla başa vurub.

Hərbi xidməti başa vurduqdan sonra yenidən taleyini Ordu ilə, hərblə bağlayıb.

MAXE kimi xidmətini davam etdirməyə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk anından, ilk saniyəsindən də döyüşlərə atılıb.

Belə ki, sentiyabrın 27-dən Murov dağının, Talışın, Suqovuşanın, Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Döyüşüb, vuruşub, İgidliklər, Qəhrəmanlıqlar göstərib…Və oktyabrın 10-da Ağdərə döyüşləri zamanı Şəhid olub, Şəhidlik məqamına ucalıb.

Nəşi Bərdə rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü”  medalları təltif edilib.

Fəxrigil ailədə iki uşaq-bir qardaş, bir bacı olublar.

Hazırda da bacısı Türkanə xanım ailəlidir, dayısı oğlu ilə evlidir, 4 övlad anasıdır.

20 ildən artıqdır kirayələrdə yaşayan və hələ də evlə, mənzillə təmin olunmayan, laqeydliklə, biganəliklə qarşılaşan anası-Şəhid anası Mehparə xanım isə son zamanlar çox vaxt külfət olan qızıgildə qalır.

Fəxri həm də nişanlı olub, öz xalası qızı ilə nişanlanıb, 2020-ci ilin payızında toyları olacaqmış…

Fəxrinin eyni zamanda, ad və soyadını daşıyan Fəxri Qəribzadə adlı bacısı oğlu var.

Eyni zamanda, Güloğlular kənd orta məktəbində adını daşyan sinif otağı var və həmin məktəbin Fəxri Qəribzadənin ismi ilə adlandırılması gözlənilir.

Bununla bağlı aidiyyatı orqanlara, Nazirlər Kabinetinə də müraciətlər ünvanlanıb.

Məkanı cənnətlik, məqamı Uca, Cənnətdəki ikinci ad günü, mövludu da mübarək olsun!

Nur içində yatsın!

Allah anasına və tək bacısına, əzizlərinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İğtişaşlar zamanı 164 nəfər insan həlak olub…-QAZAXISTANDA

Read Next

Azərbaycanın Qazaxıstandakı Səfirliyindən-MÜRACİƏT…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir