Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən Gəncəli (əslən Gədəbəyli) Rəşad İlqar oğlu Ələkbərov və Goranboylu Nofəl Həmid oğlu Behbudovun Anım Günüdür.
Bu gün hər iki Şəhidin Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından dörd il keçir.
Etikxeber.az xəbər verir ki, Gəncə şəhərindən olan Rəşad Ələkbərov 1997-ci ilin 15 senytabr tarixində, Goranboy rayonunun Səfikürd kəndindən olan Nofəl Behbudov 2001-ci ilin iyun ayının 7-də dünyaya gəlib.
Rəşad Ələkbərov körpə-uşaq yaşlarından yataqxanada və anası Nailə xanım tərəfindən təkbaşına böyüdülüb.
Rəşad Ələkbərov tək övlad, Nofəl Behbudov isə ailənin 3 övladından, iki qardaşdan biri olub.
Nofəl Behbudovun qardaşı Tapdıq Behbudov onun Şəhidliyindən cəmi bir neçə ay əvvəl avtoqəzada-faciləli şəkildə dünyasını dəyişib.
Behbudovlar ailəsi 2020-ci ildə, cəmi bir neçə ayın içində iki faciə yaşayıb, hər iki oğul övladını itirib.
İkinci Vətən Müharibəsi zamanı Rəşad Ələkbərov könüllü, Nofəl Behbudov isə Azərbaycan Ordusunun Əsgəri, Xüsusi Təyinatlı kimi iştirak edib.
Rəşad Ələkbərov müharibənin başa çatmasına cəmi saatlar qalmış, noyabrın 9-da Laçın dəhlizi istiqamətində, Nofəl Behbudov isə noyabrın 8-də, Şuşa şəhəri işğaldan azad olunan gün Şuşa şəhərində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Rəşad Ələkbərovun nəşi 3 gün sonra-noyabrın 12-də Gəncə şəhər Şəhidlər Xiyabanında, Nofəl Behbudovun nəşi isə 4 gün sonra-12 noyabr tarixində Səfikürd qəbiristanlığındakı Şəhidlər məzarlılğında Əbədiyyətə uğurlanıb.
Hər iki Şəhid Şəhidliklərindən sonra medallarla, Nofəl Behbudov həm də ordenlə təltif olunub.
Rəşad Ələkbərovun anası da övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Hər iki Şəhid subay olub.
***
Bu gün həm də Əfsanəvi Xüsusi Təyinatlı Yusif Qurbanovun doğum günüdür.
Yusif Qurbanovun bu gün 26 yaşı tamam olur.
Bu, həm də Onun Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Qeyd edək ki, Yusif Qurbanov 1998-ci ilin 12 noyabr tarixində Goranboy rayonunun Şəfəq kəndində-sadə bir ailədə dünyaya gəlib.
Yusif Qurbanov ailənin üç övladından, 3 qardaşdan biri idi.
Yusif Qurbanovun özü də, iki qardaşı-Nüsrətlə Qüdrət də peşəkar hərbçi olublar.
O, Xüsusi Təyinatlı, Gizir idi.
Həm özü, həm də qardaşı Nüsrət İkinci Vətən Müharibəsinin iştirakçısı olub.
Yusif İkinci Vətən Müharibəsi zamanı 4 dəfə yaralansa da, sonacan döyüşüb, vuruşub.
İkinci Vətən Müharibəsindən sonra Yusif 4, Nüsrət isə 1 medalla təltif olunub.
Yusif həm də İkinci Vətən Müharibəsindən öncə Müdafiə Nazirliyi tərəfindən medallarla təltif edilib.
O, 2022-ci ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən-“Qisas” əməliyyatı zamanı ağır yaralanıb.
Ancaq həkimlərin səylərinə baxmayaraq, Onun həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.
Nəşi bir gün sonra-18 sentyabr 2022-ci il tarixində izdihamlı şəkildə Şəfəq kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən az sonra-Ali Baş Komandanın 5 noyabr 2022-ci il tarixi sərəncamları əsasən Yusif daha bir medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Yusif həm də nişanlı olub.
Tərtərli, qohumu, 18 yaşlı Məlahət xanımla nişanlı idi.
Hər üç Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!
Ruhları qarşısında baş əyirik!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az