Anası tərəfindən qardaşları ilə birlikdə təkbaşına böyüdülən, hər iki qardaşı İkinci Vətən Müharibəsi iştirakçısı olan-GİZİR, BEŞ MEDAL VƏ BİR ORDENLİ, SUBAY-ŞƏHİD CƏMİL HƏŞİMLİNİN BU GÜN ONSUZ QEYD EDİLƏN 28 YAŞI TAMAM OLUR… – FOTOLAR

Kürdəmir rayonunun “Qəhrəman qardaşlar” ailəsindən olan İkinci Vətən Müharibəsi Şəhidi Cəmil Həşimlinin doğum günüdür.

Cəmil Həşimlinin bu gün 28 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Cəmil Həşimli 1995-ci ilin 11 avqust tarixində Kürdəmir rayonunda dünyaya gəlib…

Ailədə üç övlad, üç qardaş olublar…

Uşaqlıqdan onları anaları Simuzər Bağıyeva təkbaşına, şəraitsiz bir evdə-ata ocağında, minbir çətinliklərlə böyüdüb boya-başa çatdırıb…

Onlara-hər üç övladına həm analıq, həm də atalıq edib…

Onları-hər üç övladını da milli-vətənpərvərlik, Vətənə məhəbbət ruhunda yetişdirib…

Cəmil orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Əsgərliyini başa vurduqdan sonra ailəsinin yanına dönüb…

Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Azərbaycan Ordusunda Gizir kimi fəaliyyətə başlayıb…

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb…

Cəbrayıl-Füzuli istiqamətlərində döyüşüb və 9 günlük şərəfli döyüş yolu keçib…

Və oktyabrın 5-də, axşam saatlarında Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, 6 oktyabr tarixində Kürdəmir rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 5 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Qeyd edək ki, Cəmilin ali təhsilli olan digər iki qardaşı-Mərahim Həşimli və Cavid Həşimli də İkinci Vətən Müharibəsində iştirak ediblər…

Azərbaycan Ordusunun hərbçisi olan Mərahim Həşimli qardaşı ilə təxminən eyni istiqamətlərdə döyüşüb, döyüşlərdə hətta ağır kəllə-beyin travması alıb…

Digər qardaşı Cavid Həşimli isə Azərbaycan Ordusunun Əsgəri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olub və Naxçıvanın keşyində dayanıb…

Cəmil həm də subay olub…

Qardaşı Mərahim Həşimli isə ötən ilin dekabrında ailə həyatı qurub…

Eyni zamanda, 2 il öncə adını daşıyan “Şəhid bulağı”nın açılışı olub…

Onu da qeyd edək ki, Cənnətdəki üçüncü doğum günü ilə bağlı dünən-10 avqust tarixində Kürdəmir rayonunda Cəmil Həşimlinin xatirəsinə həsr olunmuş üzgüçülük üzrə rayon turniri keçirilib.

Turnirdə yeniyetmə idmançılarla yanaşı Şəhidin ailə üzvləri və digər şəxslər də iştirak ediblər.

Qaliblərə diplomlar təqdim olunub.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qubalı İkinci Vətən Müharibəsi Şəhidi, üç bacının tək və subay qardaşı, Gizir-SADİQ AZAYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, ONUN 31 YAŞI TAMAM OLUR…

Read Next

Cənnətdəki üçüncü doğum günü ilə bağlı Qonaqkəddə-ŞƏHİD SADİQ AZAYEVİN MƏZARI ZİYARƏT OLUNDU, XAÇMAZIN YERGÜC KƏNDİNDƏ MƏCLİS DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir