Anası tərəfindən təkbaşına, şəraitsiz baba ocağında böyüdülən, 6 ay komada qalan, hələ də Orden haqqı tanınmayan-XAÇMAZLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏBUHİ HÜSENLİNİN ANIM GÜNÜDÜR, ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN ÜÇ İL KEÇİR – ŞƏHİDİN ANASINA “XARIBÜLBÜL” SİMVOLU TƏQDİM OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Xaçmaz rayonunun sonuncu İkinci Vətən Müharibəsi Şəhidi Səbuhi Babək oğlu Hüseynlinin Anım Günüdür.

Bu gün Səbuhi Hüseynlinin torpağa tapşırılmasından üç il keçir.

Üç il öncə-bu gün, 16 aprel tarixində Səbuhi Hüseynli doğulub boya-başa çatdığı Maqsudkənd kəndinin qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Maqsudkənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.

Məzarı başında qısa çıxışlar edilib, Şəhidin ailəsinə-anası Samirə xanıma, bir övlad anası olan həyat yoldaşı Lamiyə xanıma və bacısı Səidə xanıma Allahdan səbr və dözüm arzulanıb.

Eyni zamanda, “Odlar yurdu” qrupunun və tanınmış iş adamı Mübariz Mənsimovun adından Şəhidin anası Samirə Əhmədxanovaya “Xarıbülbül” simvolu təqdim olunub.

Simvolu adıçəkilən qrupun üzvü, hər zaman Şəhid ailələrinin yanında olan Azər Hüseynov təqdim edib.

Məzarını ziyarətdən sonra baba (ana babasının) ocağında Şəhidin adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar oxunub.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, Xaçmazlı Şəhid ailələri, kənd sakinləri, Bakıdan gələn qonaqlar iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Səbuhi Hüseynli 1997-ci ilin may ayının 2-də Xaçmaz rayonunun Maqsudkənd kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailədə iki övlad-bir bacı, bir qardaş olublar.

Balaca vaxtlarından hər ikisi də anaları Samirə xanım tərəfindən baba (ana babasının) ocağında təkbaşına, minbir çətinliklərlə böyüdülüblər.

Səbuhi 2003-2009-cu illərdə Xaçmaz rayon Maqsudkənd kənd Ömər Ayatov adına tam orta məktəbdə təhsil alıb.

2009-2014-cü illərdə Xudat şəhər 4 saylı Texniki Fənnlər Təmayüllü Məktəb-Liseydə təhsilini davam etdirib.

2015-2016-cı illərdə hərbi xidmətdə olub, Aprel döyüşlərində iştirak edib.

Hərbi xidmətdən sonra evinə, ailəsinə dönüb.

Ailə həyatı qurub, 2019-cu ilin iyun ayın 27-də bir övladı-Babəki dünyaya gəlib.

Sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsində də hərbçi-MAXE kimi iştirak edib.

Füzuli, Cəbrayıl  Xocavənd-Şuşa istiqamətlərində döyüşüb.

Oktyabr ayının 27-də isə Xocavənd-Qırmızı Bazar istiqamətində qanlı döyüşlərdən birində ağır şəkildə yaralanıb, 6 ay komada qalıb.

Ancaq həkimlərin bütün cəhdlərinə, səylərinə baxmayaraq, Onun həyatını xilas etmək mümkün olmayıb.

2021-ci ilin aprelin 15-də Şəhadətə, Şəhidliyə qovuşub.

Nəşi 16 aprel tarixində doğulduğu Maqsudkənd kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra dörd medalla- “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailəsi, hazırda Bakı şəhərində-yataqxanada yaşayan Şəhidin anası isə Səbuhi Hüseynlinin həm də “Füzulinin azad olunmasına görə” medalı və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Dayısı Rəşadın oğluna Onun-Səbuhi Hüseynlinin adı verilib.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

13:16

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik…”-İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının-TƏMƏLİNİ QOYDU – FOTOLAR – YENİLƏNİB

Read Next

“O, Yer üzünə göndərilmiş bir mələk idi…”-XUDATLI, 19 YAŞLI ANTİTEROR ŞƏHİDİ, TƏK VƏ SUBAY ÖVLAD, CƏMİ 17 GÜNLÜYÜNDƏ ANASINI İTİRƏN, ƏMİSİNİN OCAĞINDA BÖYÜDÜLÜB BOYA-BAŞA ÇATDIRLAN XANBABA ƏLƏMMƏDOVUN ANA ƏVƏZİ BİBİSİ ŞƏFİQƏ ƏLƏMMƏDOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir