Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Samir Əliheydər oğlu Əliyevin doğum günüdür.
Samir Əliyevin bu gün 24 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, Samir Əliyev 1999-cu ilin 9 avqust tarixində Bakı şəhərində dünyaya gəlib.
Anası Sevda Əlizadə tərəfindən təkbaşına böyüdülüb.
Bakı şəhərinin Xətai rayonunda yerləşən 55 saylı tam orta məktəbdə oxuyub.
Uşaqlıqdan hərb sənətinə böyük marağı olub və orta məktəbi bitirdikdən sonra, 2016-2020-ci illərdə ali hərbi təhsilə yiyələnib, Heydər Əliyev adına Ali Hərbi Məktəbi (AAHM) bitirib, Leytenant rütbəsində Azərbaycan Ordusunda fəaliyyətə başlayıb.
İkinci Vətən Müharibəsinin başlaması ilə də əlaqədar döyüşlərə atılıb və şərəfli föyüş yolu cəmi 3 gün çəkib.
Sentyabrın 29-da Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhid olub.
Ancaq nəşi 16 gündən sonra əldə edilib və İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra isə medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib…
Cəmi 21 yaşında Şəhidlik məqamına ucalan Samir həm də nişanlı olub.
***
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, çıxışlar olunacaq.
Axşam saatlarında isə Cənnətdəki üçüncü doğum günü ilə bağlı adına ehsan süfrəsi açılacaq, bir daha ruhuna dualar ediləcək.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





