Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Samir Əliheydər oğlu Əliyevin doğum günüdür.
Samir Əliyevin bu gün-9 avqust 2026-cı il tarixində 27 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Qeyd edək ki, bir gün sonra-10 avqust 2026-cı il tarixində Cənnətdəki altıncı doğum günü ilə bağlı Şəhidin Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, qısa çıxışlar olunacaq.
Etikxeber.az-ın xəbərinə görə, Samir Əliyev 1999-cu ilin 9 avqust tarixində Bakı şəhərində dünyaya gəlib.
Tək övlad olub.
Anası Sevda Əlizadə tərəfindən təkbaşına böyüdülüb.
Bakı şəhərinin Xətai rayonunda yerləşən 55 saylı tam orta məktəbdə oxuyub.
Uşaqlıqdan hərb sənətinə böyük marağı olub və orta məktəbi bitirdikdən sonra, 2016-2020-ci illərdə ali hərbi təhsilə yiyələnib, Heydər Əliyev adına Ali Hərbi Məktəbi (AAHM) bitirib, Leytenant rütbəsində Azərbaycan Ordusunda fəaliyyətə başlayıb.

İkinci Vətən Müharibəsi zamanı isə Vətənin müdafiəsinə, döyüşlərə atılıb və şərəfli föyüş yolu cəmi 3 gün çəkib.
Sentyabrın 29-da Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhid olub.
Ancaq nəşi 16 gündən sonra əldə edilib və oktyabr ayının 15-də İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra isə medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib…
Cəmi 21 yaşında Şəhidlik məqamına ucalan Samir həm də nişanlı olub.
Adını daşıyan küçə var.
***
Bu gün həm də əslən Tərtərli olan peşəkar hərbçi, Leytenant, taqım komandiri, 2020-ci il İyul-Tovuz döyüşlərinin iştirakçısı, ali təhsilli, iki övladı Vətənə əmanət qalan Elcan Zöhrab oğlu Məmmədovun mövludu, Cənnətdəki altıncı doğum günüdür.
9 avqust 1989-cu il təvəllüdlü Elcan Məmmədovun bu gün 37 yaşı tamam olur.
İkinci Vətən Müharibəsi zamanı Tərtər-Ağdərə istiqamətində qəhrəmancasına Şəhid olan və Bakı şəhər Ramana qəsəbə qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanan Elcan Məmmədov Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Ailəsi hazırda Ramana qəsəbəsində yaşayır.
Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
***
FOTOLAR:





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





