Anası tərəfindən kirayələrdə təkbaşına böyüdülən, Kürdəmirin ilk İkinci Vətən Müharibəsi Şəhidi olan-ADƏM ƏLİYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN ONUN 22 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Kürdəmirin ilk İkinci Vətən Müharibəsi Şəhidi Adəm Əliyevin ad günüdür.

Adəm Əliyevin bu gün 22 yaşı tamam olur və bu, Onun Cənnətdəki üçüncü doğum günüdür.

Etikxeber.az xəbər ki, Adəm Əliyev 2000-ci ilin noyabrın 19-da Ağdamın Üçoğlan kəndində anadan olsa da, bir müddətdən sonra anası və qardaşı ilə Kürdəmirə köçüb, orada-kitayə(lər)də yaşayıblar.

Anası tərəfindən təkbaşına böyüdülən Adəmgil ailədə iki övlad, iki qardaş olublar.

Orta məktəbi bitirdikdən sonra Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb.

Əsgərliyini başa vurduqdan sonra isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyətə başlayıb.

Və İkinci Vətən Müharibəsinin ikinci günündə, Kəlbəcər-Murov istiqamətində qanlı döyüşlər zamanı qəhrəmancasına həlak olub və Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, sentyabrın 29-da Kürdəmir rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla və bu ilin noyabr ayının 5-də Ali Baş Komandanın növbəti Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” oredini ilə təltif olunub.

Fitri istedadı, yaradıcılıq qabiliyyəti ilə seçilən Adəm həm də subay olub.

***

22 yaşının tamam olması ilə bağlı bu gün Kürdəmir rayon Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Şəhidin ailəsinə-anası Akifə Ağayevaya Allahdan səbr və dözüm arzulanıb, Adəm Əliyevin Cənnətdəki üçüncü doğum günü təbrik olunub

Sonra Cənnətdəki üçüncü doğum günü ilə bağlı təhsil aldığı Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbdə tədbir keçirilib.

Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxışlar edilib.

Məktəblilər tərəfindən Adəm Əliyevə həsr olunmuş kompozisiya nümayiş etdirilib, şeirlər ifa olunub, eyni zamanda, hərbi vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

Daha sonra məktəbin bufetində-yeməkxanasında Şəhidin adına ehsan-çay süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Məzarını ziyatətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı tədbirdə-ehsan süfrəsində Şəhidin ailə üzvləri, Kürdəmir və Bakıdan olan Şəhid ailələri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, məqamı Uca, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:42

***

FOTOLAR:

14:45

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Fransa da, digər Ermənistan himayədarları da ayıblarına kor olub, sussa yaxşıdır…Yenə uduzan onlar, qalib olan biz olacağıq-ELDAR İBRAHİMOV YAZDI

Read Next

Daha 34 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir