Anası tərəfindən təkbaşına böyüdülən İkinci Vətən Müharibəsi Şəhidi Ramal Məmmədovun Cənnətdəki üçüncü-QANLI SENTYABR ŞƏHİDLƏRİNDƏN OLAN XÜSUSİ TƏYİNATLI SƏFİYAR MƏMMƏDOVUN İSƏ CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR…

Bu gün daha iki Şəhidimizin ad günüdür.

Əslən Gəncə şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidi Ramal Məmmədovun Cənnətdəki üçüncü, Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan Qanlı sentyabr Şəhidi Səfiyar Məmmədovun isə Cənnətdəki ilk doğum günü, mövlududur.

Bu gün Ramal Məmmədovun 23, Səfiyar Məmmədovun 21 yaşı tamam olur.

Etikxeber.az xəbər verir ki, Ramal Məmmədov 2000-ci ilin yanvar ayının 1-də Gəncə şəhərində dünyaya gəlib.

Evin-ailənin tək övladı olub.

Anası İlhamə xanım tərəfindən təkbaşına böyüdülüb.

İkinci Vətən Müharibəsində Əsgər kimi iştirak edib və Füzuli istiqamətində ağır döyüşlərdən birində-20 yaşında qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi Lökbatan (Qaradağ rayonu) Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Ramal həm də subay olub.

Qanlı sentyabr (2022-ci il) Şəhidlərindən olan Səfiyar Elşən oğlu Məmmədov isə 2002-ci ilin yanvar ayının 1-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyaya gəlib.

Ailənin 4 övladından, 3 qardaşdan biri olub.

Hərbi xidmətdə olarkən İkinci Vətən Müharibəsinə qatılıb və medallarla təltif olunub.

Əsgərlikdən sonra isə həyatını yenidən hərb ilə bağlayıb, Xüsusi Təyinatlı-MAXE olaraq, Azərbaycan Ordusunda fəaliyyətə başlayıb.

Bu ilin sentyabr ayında baş vermiş qanlı döyüşlər zamanı Kəlbəcər istiqamətində Şəhidlik məqamına ucalıb.

Nəşi Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra, ötən ilin noyabr ayının 5-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Səfiyar da subay olub.

Məqamları Uca, məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“2022-ci il ukraynalıların ili olub, 2023-cü il isə onların qələbə ili olmalıdır”-ZELENSKİ

Read Next

Sabah yollar buz bağlayacaq-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir