“Ancaq qızıl medal üçün mübarizə aparacağam…” – RAFAEL AĞAYEV

Bu il bir sıra nüfuzlu turnirlərdə iştirak etmişəm. Onların biri istisna olmaqla hamısından medalla qayıtmışam. Yalnız bir turnirdə medal qazana bilmədim. A seriyası turnirinin İstanbul mərhələsində bir-birinin ardınca iki döyüşdə aldığım zədələr səbəbindən beşinci döyüşü yarımçıq qoydum.

Artıq bərpa prosesi başa çatıb. Qarşıda bizi Karate 1 Premyer Liqa turnirləri gözləyir. Sentyabrın birinci yarısında Tokioda keçiriləcək Premyer Liqa turnirinə tam hazır olmasam da, düşünürəm ki, oktyabr-noyabr aylarında Moskva və Madriddə keçiriləcək Premyer Liqa turnirlərində potensialımdan maksimum istifadə edə biləcəyəm.

Etikxeber.az xəbər verir ki, bu sözləri dəfələrlə dünya və Avropa çempionu olan karateçi Rafael Ağayev mətbata açıqlamasında deyib.

İdmançı gələn ilin karateçilər üçün xüsusilə çətin keçəcəyini bildirərək deyib:

“2020-ci il karateçilərimiz üçün xüsusilə çətin keçəcək. 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına qədər idmançılarımız özlərini dünya çempionatında, daha sonra Bakıda keçiriləcək Avropa çempionatında sınayacaqlar. Bu yarışların hər birində qızıl medal üçün mübarizə aparacağam”.

Etikxeber.az

Read Previous

Ailə mübahisələrinin məhkəmədənkənar xərcləri – DÖVLƏT BÜDCƏSİNDƏN ÖDƏNİLƏCƏK

Read Next

“Bu, son hədd deyil və olmayacaq, bu…” – KAMİLƏ ƏLİYEVA – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir