Anım günlərdində Səbaili İkinci Vətən Müharibəsi Şəhidləri-əkiz qardaşlardan Əli Tağıyev və tək oğul Murad Qurbanovun-MƏZARLARI ZİYARƏT OLUNDU, ADLARINA EHSAN SÜFRƏLƏRİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən bir neçəsinin Anım və Şəhadət günüdür.

13 oktyabr 2026-cı il tarixində Bakılı İkinci Vətən Müharibəsi Şəhidləri-əslən İmişlili Əli Aydın oğlu Tağıyev və Murad Qurbanovun Anım günləridir, onların Əbədiyyətə uğurlanmalarından altı il keçir.

Anım Günləri ilə bağlıbu gün səhər saatlarında hər iki Şəhidi Badamdar qəbiristanlığında yerləşən Şəhidlər məzarlığındakı məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhlarına dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Şəhidlərin ailələrinə, doğmalarına, anaları-Təranə xanıma və Mehriban xanıma Allahdan səbr və dözüm arzulanıb.

Hər iki Şəhidin ailəsi adından danışan Mehriban xanım da öz növbəsində ziyarət iştirakçılarına minnətdarlığını ifadə edib.

Qeyd edib ki, məhz Muradların, Əlilərin, digər Şəhidlərin İgidliyi və Qəhrəmanlığı sayəsində 30 illik işğala son qoyuldu, Azərbaycan torpaqları erməni işğalından azad edildi.

“Hər birimiz bu Oğullara-Şəhidlərimizə borcluyuq”-deyə, o, əlavə edib.

Şəhidlərin məzarlarını ziyarətdən sonra isə ailələrinin yaşadıqları evlərdə adlarına ehsan süfrəsi açılıb, bir daha ruhlarına dualar olunub.

Xatirə fotoları çəkdirilib.

Şəhidlərin məzarlarını ziyarətdə və adlarına açılan ehsan süfrələrində ailə üzvləri, doğmaları, Səbailli Şəhid ailələri, müəllim və şagirdlər, ziyalılar, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbərir ki, Bakının Səbail rayonundan olan Murad Qurbanov 1996-cı ilin martın 21-də, Novruz bayramında dünyaya gəlsə də, doğum şəhadətnaməsində martın 23-ü yazılıb.

Ailənin iki övladından biri-evin tək oğlu, tək bacının tək qardaşı olub.

Anası Mehriban xanım tərəfindən təkbaşına böyüdülüblər.

Orta məktəbi 51 saylı məktəbdə, 9-cu sinifə kimi oxuyub.

Sonra Bakı Dövlət Sosial-İqtisad Kollecinə daxil olub və təhsilini orada davam etdirib.

Təhsili bitirdikdən sonra hərbi xidmətə yollanıb, Tərtər istiqamətində hərbi hissələrdən birində xidmət edib.

Hərbi xidmət zamanı Aprel döyüşlərində-Ağdamın Quzanlı kəndi və Tərtərin Qapanlı kəndi istiqamətindəki döyüşlərdə iştirak edib.

Hərbi xidmətini başa çatdrdıqdan sonra evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb.

2020-ci ilin avqust ayının 20-də sevdiyi qızla nişanlanıb.

İkinci Vətən Müharibəsi zamanı isə evdə heç kimə demədən könüllü şəkildə müharibəyə yollanıb.

Oktyabr ayının 11-də Hadrut istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Nəşi 3 gün sonra-oktyabrın 14-də Badamdar qəbiristanlığında, Şəhidlər məzarlığında dəfn olunub.

Şəhidliyindən sonra 4 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Oxuduğu məktəbin foyesində büstü ucaldılıb.

***

Əslən İmişlili, özü isə ailə birlikdəBakı şəhərininSəbail rayonunun “20-ci sahə” adlanan yaşayış massivində yaşamış Əli Aydın oğlu Tağıyev isə1997-ci ilin avqust ayının 7-də dünyaya gəlib.

Ailədə üç övlad, üç qardaş olublar.

O, həm də qardaşı Məhəmmədlə ailənin əkiz övladlarından idi.

2003-cü ildə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbə gedib.

2012-ci ildə orta məktəbin 9-cu sinfini bitirib və Bakı Peşə Liseyinə daxil olub.

2015-ci ildə Üçüncü dərəcəli Veb-dizayner ixtisasına yiyələnərək, Peşə Liseyini bitirib.

2016-cı ildə həqiqi hərbi xidmətə çağrılıb, Aprel döyüşləri zamanı Goranboy və Murovdağ ətrafı mübarizədə nümunəvi əsgər adını qazanıb.

2017-ci ilin iyul ayının 1-də xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən Fəxri fərmanla təltiflənib, ailəsinə bir neçə dəfə təşəkkür məktubu ünvanlanıb.

2017-ci ildə Bakı şəhərində yerləşən Dizayn və Vizualogiya Məktəbində təhsilini davam etdirib.

İkinci Vətən Müharibəsi başlayandan iki gün sonra, sentyabrın 29-da da könüllü kimi döyüşlərə yollanıb.

Hadrut istiqamətində döyüşlərdən birində ağır yaralanaraq, qəhrəmancasına Şəhid olub.

Nəşi oktyabrınn 13-də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Əli də Murad kimi nişanlı olub.

Nurlar içində yatsınlar!

12:45

***

FOTOLAR:

13:15

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Duman olacaq, külək əsəcək-SABAH

Read Next

Qazi oğlu, Qazi qardaşı, Gizir, nəşi bir il yeddi gündən sonra tapılan Goranboylu İxtiyar Əliyev, ailənin üç övladından biri, qardaşı da, özü də İkinci Vətən Müharibəsi iştirakçısı olan və 19 yaşının tamamında Əbədiyyətə uğurlanan Bakılı Yusif Nəcəfov, iki qardaşdan biri, subay, doğum günündə Şəhadətə ucalan Balakənli Heybullah Əsdiyev-BU GÜN ANIM GÜNLƏRİDİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir