Sabah Anım günləri olan Suqovuşan-11 oktyabr 2020-ci il Şəhidləri – KƏNAN ƏLƏKBƏRLİ, TURAL QASIMOV, KAMİL QASIMOV, SAHİL RƏSULOV…MƏZARLARI ZİYARƏT OLUNACAQ, ANIM MƏRASMLƏRİ DÜZƏNLƏNƏCƏK…

Sabah İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən Kənan Ələkbərli, Sahil Rəsulov, Tural Qasımov və Kamil Qasımovun sabah torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Etikxeber.az xəbər verir ki, Kənan Müşfiq oğlu Ələkbərli 1996-cı ilin may ayının 15-də Qızılhacılı qəsəbəsində, Sahil Sərvan oğlu Rəsulov 1999-cu ilin iyul ayının 24-də Səfikürd kəndində, Tural Yelmar oğlu Qasımov  1991-ci ilin sentyabr ayının 21-də Düzqışlaq kəndində, Kamil Nüsrət oğlu Qasımov isə 1995-ci ilin 5 fevral tarixində Səfikürd kəndində sadə bir ailədə dünyaya gəliblər.

Kənan Ələkbərli ilə Sahil Rəsulov ailənin 3 övladından biri və tək oğul olub.

Tural Qasımov ailənin övladından biri və evin sonbeşiyi idi.

Kamil Qasımov isə ailənin dörd övladından, dörd qardaşdan biri olub.

Hər dörd də orta təhsilli olublar.

Əmisi Birinci Qarabağ Savaşının Şəhidi olan Kənan Ələkbərli və Tural Qasımov İkinci Vətən Müharibəsində könüllü olaraq, iştirak ediblər.

Sahil Rəsulovla qonşusu Kamil Qasımov isə Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstəriblər.

Hər dörd də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıblar.

Kənan Ələkbərli Qızılhacılı qəbiristanlığındakı Şəhidlər Xiyabanında, Sahil Rəsulovla Kamil Qasımov Səfikürd qəbiristanlığındakı, Tural Qasımov isə Düzqışlaq qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıblar.

Hər dördü də Şəhidliklərindən sonra bir neçə medalla təltif ediliblər.

Tural Qasımov ailəli, Əli adlı bir övlad atası, Kənan Ələkbərli nişanlı, Sahil Rəsulovla Kamil Qasımov isə subay olublar.

Tural Qasımov həm də həyat yoldaşının ad günündə Əbədiyyətə uğurlanıb.

***

Sabah hər dörd Şəhidin məzarı ziyarət olunacaq, məzarları üzərinə gül dəstələri düzüləcək.

Ruhlarına dualar ediləcək, qısa çıxışlar olunacaq, “Quran” oxunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək, sonra isə Şəhidlərin Anım mərasimləri keçiriləcək, adlarına ehsan veriləcək.

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi, üç övladı Vətənə əmanət qalan-NOFƏL NURİYEVİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Ailənin üç övladından biri, iki övladı Vətənə əmanət qalan Kapitan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TURAL ZEYNALOVUN BU GÜN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir