Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsinin ilk Şəhidlərinin (27 sentyabr 2020-ci il Şəhidlərinin) altıncı ildönümü, Anım günləridir.
İkinci Qarabağ Savaşının ilk Şəhidlərinin Əbədiyyətə uğurlanmasından altı il keçir.
Mingəçevirli (əslən Goranboylu) Şəhid qardaşlar-Əli və İslam Əhmədovların, Goranboyun Qızılhacılı qəsəbəsindən olan Elman Həsənovla Fariz Qurbanovun, Tap-Qaraqoyunlu kəndindən olan Hidi Vəliyevin, Fəxralı (Faxralı) kəndindən olan Kərim Yusifovun, Şamaxının Göylər kəndindən olan Rza Məmmədovun, Beyləqan rayonunun Qəhrəmanlı kəndindən olan Emin Məmmədovun, əslən Ağdamlı, özü isə Bərdə rayonundan olan Turqut Zeynalovun və onlarla digər Şəhidin bu gün Anım günləridir.
Etikxeber.az xəbər veriir ki, Şəhid qardaşlardan Əli İlqar oğlu Əhmədov 5 yanvar 1993-cü il, İslam Əhmədov 19 sentyabr 1994-cü il, Fariz Məhəmməd oğlu Qurbanov 28 iyun 1998-ci il, Elman Mehman oğlu Həsənov 27 fevral 1993-cü il, Hidi Bəxtiyar oğlu Vəliyev 2 mart 1996-cı il, Rza Əsgər (Xanbaba) oğlu Məmmədov 23 iyul 2001-ci il, Emin Vətən oğlu Məmmədov 15 avqust 1992-ci il, Turqut Fikrət oğlu Zeynalov 20 avqust 1996-cı il, Kərim Həsrət oğlu Yusifov isə 1 avqust 1995-ci il təvəllüdlüdür.
Emin Məmmədov Xüsusi Təyinatlı, Əli və İslam Əhmədovlar, Elman Həsənov, Hidi Vəliyev, Kərim Yusifov, Turqut Zeynalov və Fariz Qurbanov Azərbaycan Ordusunu hərbçiləri (MAXE), Rza Məmmədov isə cəmi 9 ayın Əsgəri olub.
Əli və İslam Əhmədovlar, Elman Həsənov, Fariz Qurbanov, Hidi Vəliyev, Turqut Zeynalov və Kərim Yusifov Ağdərərə-Tərtər, Talış-Suqovuşan istiqamətlərində, Emin Məmmədovla Rza Məmmədov isə Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıblar.
Şəhid qardaşlar Mingəçevir Şəhidlər Xiyabanında, Rza Məmmədov Şamaxının Göylər kənd qəbiristanlığında, Goranboylu Kərim Yusifov Fəxralı kənd qəbiristanlığında, Fariz Qurbanov, Elman Həsənov və Hidi Vəliyev Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında, Emin Məmmədov Beyləqanın Qəhrəmanlı kənd qəbiristanlığında, Turqut Zeynalov Bərdə Şəhidlər Xiyabanında dəfn olunublar.
Hər biri Şəhidliklərindən sonra bir neçə medalla və müxtəlif illərdə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
Əli Əhmədov nişanlı, İslam Əhmədov ali təhsilli, Elman Həsənov isə ailəli, iki övlad atası idi.
Emin Məmmədov, Rza Məmmədov, Fariz Qurbanov, Kərim Yusifov, Turqut Zeynalov və Hidi Vəliyev subay olublar.
Əli və İslam Əhmədovlar atalarını, Elman Həsənov isə anasını illər öncə itirib.
Emin Məmmədov, Rza Məmmədov, Fariz Qurbanov və Elman Həsənov ailənin tək oğlu olublar.
Əli və İslam Əhmədovlar ailədə cəmi iki övlad, iki qardaş, Hidi Vəliyevlə Turqut Zeynalov ailənin 4 övladından, Kərim Yusifov isə evin 3 oğlan övladından biri olub.













***
Anım Günü olan Şəhidlərimizdən biri də Manaf Bəhmən oğlu Bəhmənlidir.
Manaf 1998-ci ilin yanvarın 2-də Rusiyada anadan olub…
Sonra ailəsi ilə Azərbaycana, doğma yurdlarına, Yevlaxa dönüblər…
Ailədə bir bacı, bir qardaş olublar…
Bacısı Mina evin böyük övladı, Manaf isə evin kiçik övladı olub…
Bacısı ilə birlikdə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı tam orta məktəbə gediblər…
2012-ci ildə, fevralın 28-də atalarını çox vaxtsız-erkən itiriblər və həmin gündən ali təhsilli anaları Suray xanım onlara həm analıq, həm də atalıq edib…
2013-cü ildə bacısı Mina Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olduğu üçün Bakıya köçüblər, 2020-ci ilin yanvarına qədər Yasamalda kirayələrdə yaşayıblar…
Manaf 2013-2015-ci illərdə xalasıgildə, Yevlaxda yaşayıb və orada təhsilini başa vurduqdan sonra, 2015-də bacısı kimi BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olub…
Ali təhsil aldığı gündən, birinci kursdan da AMEA-nın institutlarından birində mühafizəçi işləyib…
2020-ci ilin yayında BDU-nu bitirib və dərhal sonra Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb…
Hərbi xidmətini Daşkəşən-Murov istiqamətində yerinə yetirməyə başlayıb…
İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də Murov istiqamətində döyüşlərə atılıb və elə müharibənin ilk günündə də qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…
Nəşi sentyabrın 28-də Biləcəri qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb…
“Vətən uğrunda”, “Hərbi xidmətə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Həmçinin, vaxtilə oxuduğu Yevlax şəhər 2 saylı məktəbdə adına guşə açılıb…
2022-ci ilin noyabrında isə anası Suray xanım xəstəlikdən dünyası dəyişib.
***
Bu gün həm də Goranboylu, Səfikürdlü Kənan Fehruz oğlu Yusibovun Anım Günüdür.
Kənan Yusibov 1999-cu ilin iyul ayının 10-da Goranboy rayonunun Səfikürd kəndində dünyaya gəlib.
Ailənin iki oğlan övladından biri, evin sonbeşiyi olub.
2005-2016-cı illərdə orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra, 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb və 2019-cu ildə Əsgərliyini başa vuraraq, yenidən evinə, ailəsinə dönüb.
İkinci Vətən Müharibəsinə az qalmış, 2020-ci ilin yayında yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb.
O da İkinci Vətən Müharibəsinin ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra, sentyabrın 28-də Səfikürd kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra medallarla və 2026-cı ilin 25 iyununda 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Kənan da subay olub.
Tək qardaşı isə hazırda ailəlidir.
2024-cü ildə isə anası xəstəlikdən dünyasını dəyişib.




***
Bu gün eyni zamanda, əslən Kəlbəcərli, Allıkəndli və məcburi köçkün olan Seymur Səlyəddin oğlu Bəylərovun Anım Günüdür.
O, 1996-cı ilin iyun ayının 24-də Samux rayonunun Karayeri qəsəbəsində dünyaya gəlib…
Ailənin dörd övladından, iki qardaşdan biri, evin sonbeşiyi olub…
Ondan böyük olan iki bacısı və qardaşı isə Allıkənd kəndində doğulublar…
2002-2013-cü illərdə orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə yollanıb…
Əsgərliyini başa vurduqdan sonra evinə-ailəsinə dönüb, bir müddət sonra isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
2017-ci ildən Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib…
2020-cı ilin sentyabr ayının 27-də başlayan tarixi 44 günlük İkinci Vətən Müharibəsinə qatılıb və elə müharibənin ilk günündə də Tərtər-Suqovuşan istiqamətində qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhid olub…
Nəşi bir gün sonra-28 sentyabr tarixində Karayeri qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra üç medalla və bu ilin 25 iyun tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
24 yaşında Şəhadətə ucalan Seymur da subay idi.




***
Əslən Tərtərli, peşəkar hərbçi, Leytenant, taqım komandiri, 2020-ci il İyul-Tovuz döyüşlərinin iştirakçısı, ali təhsilli, iki övladı Vətənə əmanət qalan Elcan Zöhrab oğlu Məmmədovun da bu gün Əbədiyyətə uğurlanmasından 6 il keçir.
Bu gün Elcan Məmmədovun da Anım Günüdür.
9 avqust 1989-cu il təvəllüdlü Elcan Məmmədov İkinci Vətən Müharibəsi zamanı-27 sentyabr tarixində Tərtər-Ağdərə istiqamətində qəhrəmancasına Şəhid olub.
Nəşi isə bir gün sonra-28 sentyabr tarixində Bakının Ramana qəsəbə qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb

Elcan Məmmədov Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.



Ruhları şad, məkanları cənnətlik, məqamları Uca olsun!
Nur içində uyusunlar!
Allah ailələrinə səbr və dözüm versin!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





