Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Goranboylu İkinci Vətən Müharibəsi Şəhidlərindən bir neçəsinin Anım günləridir.
11 oktyabr 2025-ci il tarixində Kənan Ələkbərli, Sahil Rəsulov, Tural Qasımov və Kamil Qasımovun Əbədiyyətə uğurlanmalarından beş il keçir.
Anım Günləri ilə bağlı bu gün səhər saatlarında Kənan Ələkbərlinin Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında, Tural Qasımovun Düzqışlaq kənd qəbiristanlığındakı, Sahil Rəsulov və Kamil Qasımovun isə Səfikürd kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında məzarlarıı ziyarət olunub.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Ruhlarına dualar edilib, “Quran” oxunub.
Qısa çıxışlar olunub, adları çəkilən Şəhidlərin ailələrinə Allahdan səbr və dözüm arzulanıb.
Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Məzarlarını ziyarətdən sonra isə Şəhidlərin ailələrinin yaşadığı evlərdə adlarına ehsan süfrələri açılıb, bir daha ruhlarına dualar olunub.
Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, yaxınları, Goranboy, Naftalan və Bərdəli Şəhid ailələri, Qazilər, yerli məsul şəxslər, yerli ziyalılar, din xadimləri, müəllim və şagirdlər və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Kənan Müşfiq oğlu Ələkbərli 1996-cı ilin may ayının 15-də Qızılhacılı qəsəbəsində, Sahil Sərvan oğlu Rəsulov 1999-cu ilin iyul ayının 24-də Səfikürd kəndində, Tural Yelmar oğlu Qasımov 1991-ci ilin sentyabr ayının 21-də Düzqışlaq kəndində, Kamil Nüsrət oğlu Qasımov isə 1995-ci ilin 5 fevral tarixində Səfikürd kəndində sadə bir ailədə dünyaya gəliblər.
Kənan Ələkbərli ilə Sahil Rəsulov ailənin 3 övladından biri və tək oğul olub.
Tural Qasımov ailənin 4 övladından biri və evin sonbeşiyi idi.
Kamil Qasımov isə ailənin dörd övladından, dörd qardaşdan biri olub.
Hər dörd də orta təhsilli olublar.
Əmisi Birinci Qarabağ Savaşının Şəhidi olan Kənan Ələkbərli və Tural Qasımov İkinci Vətən Müharibəsində könüllü olaraq, iştirak ediblər.
Sahil Rəsulovla qonşusu Kamil Qasımov isə Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstəriblər.
Hər dörd Şəhid də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıblar.


Kənan Ələkbərli Qızılhacılı qəbiristanlığındakı Şəhidlər Xiyabanında, Sahil Rəsulovla Kamil Qasımov Səfikürd qəbiristanlığındakı, Tural Qasımov isə Düzqışlaq qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıblar.
Hər dördü də Şəhidliklərindən sonra bir neçə medalla təltif ediliblər.
Tural Qasımov ailəli, Əli adlı bir övlad atası idi.
Kənan Ələkbərli nişanlı, Sahil Rəsulovla Kamil Qasımov isə subay olublar.
Tural Qasımov həm də həyat yoldaşının ad günündə Əbədiyyətə uğurlanıb.
Hər dörd Şəhidin adını daşıyan küçə var.


Məkanları cənnətlik olsun!
Nurlar içində yatsınlar!
14:30
***
FOTOLAR:











16:25
***



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





