Anım günlərində Mingəçevirli Şəhid qardaşlar-Əli və İslam Əhmədovlar, Goranboylu Fariz Qurbanovla Hidi Vəliyevin-MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSLƏRİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

İkinci Vətən Müharibəsinin ilk Şəhidləri, Mingəçevirli Şəhid qardaşlar-Əli və İslam İlqar oğlu Əhmədovlar, eləcə də Goranboylu-Qızılhacılılı Fariz Məhəmməd oğlu Qurbanov və Tap-Qaraqoyunlulu Hidi Bəxtiyar Vəliyevin bu gün Anım günləridir.

Adları çəkilən Şəhidlərin bu gün Əbədiyyətə uğurlanmalarından 6 il keçir.

Bu gün-28 sentyabr 2026-cı il tarixində–səhər saatlarında sözügedən Şəhidlərin ayrı-ayrılıqda-Əli və İslam Əhmədov qardaşlarının Mingəçevir Şəhidlər Xiyabanında, Fariz Qurbanovla Hidi Vəliyevin isə Goranboy rayonunun Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.

Ruhlarına dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub.

Çıxışlarda 44 günlük İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən, Şəhidlərin İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlıqlarından danışılıb.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Şəhidlərin məzarlarını ziyarətdən sonra Fariz Qurbanovla Hidi Vəliyevin ailələrinin yaşadıqları evdə, Əli və İslam Əhmədov qardaşlarının isə Mingəçevirdəki Mərasim evində Anım məclisləri düzənlənib, adlarına ehsan süfrələri açılıb.

Bir daha ruhlarına dualar oxunub, ailələrinə Allahdan səbr və dözüm arzulanıb.

Xatirə fotoları çəkdirilib.

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

13:35

***

FOTOLAR:

***

***

Bu gün Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidlərindən həm də Məhyəddin Yaşar oğlu Məmmədov, Allahverdi Ələt oğlu Babayev və Şahmar Ağasəf oğlu Məmmədovun da Anım günləri idi.

Onların da Əbədiyyətə uğurlanmalarının altıncı iliydi.

Ruhları şad olsun!

15:55

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu rayonlara İcra başçıları təyin olundu-SƏRƏNCAM – YENİLƏNİB – (1)

Read Next

Bu gün Anım, Şəhadət və Cənnətdəki doğum günləri olan İkinci Vətən Müharibəsi və Antiterror Şəhidləri-ELMƏDDİN HÜSEYNZADƏ, AQİL MƏCİDOV, CAHANGİR QURBANOV, ADƏM ƏLİYEV, RAMİL BABAYEV, ELŞAD SÜLEYMANOV VƏ BİLAL QƏNBƏROV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir