Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Suraxanı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin iki oğlan övladından biri, subay, MAXE, bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Səbuhi Vahid oğlu Orucov və 24 noyabr 1991-ci il təvəllüdlü, ailəli, bir oğlan övladı Vətənə əmanət qalan Osman Natiq oğlu Manafovun Anım günləri ilə bağlı bu gün-27 oktyabr 2026-cı il tarixində, səhər saatlarında Bülbülə Şəhidlər Xiyabanında məzarları ziyarət olunub.
Hər iki Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Ruhlarına dualar olunub, “Quran” oxunub.
Etikxeber.az xəbər verir ki, ziyarət zamanı Şəhidlərin ailələrinə, əzizlərinə Allahdan səbr və dözüm arzulanıb.
Çıxışlar edilib.
Hər iki Şəhidin İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlığından bəhs olunub.
Şəhidlərin unudulmadığı və unudulmayacağı bildirilib.
Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Xatirə fotoları çəkdirilib.
Hər iki Şəhidin məzarını ziyarətdə ailə üzvləri, yaxınları, Suraxanılı Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Suraxanı rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, “Azəriqaz”ın rəhbərliyi, məktəblilər və digər şəxslər iştirak ediblər.
Məzarlarını ziyarətdən sonra Şəhidlərin ailələrinin yaşadıqları evlərdə adlarına ehsan süfrələri açılıb.
Bir daha ruhlarına dualar edilib.



14:03
***
FOTOLAR:















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





