Anım Günü olan “Azərbaycan Bayrağı” ordenli- GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ORXAN NAMAZOV… – FOTOLAR – YENİLƏNİB

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Orxan Namazovun Anım Günüdür.

Orxan Namazovun bu gün-10 oktyabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından beş il keçir.

Anım Günü ilə bağlı bu gün Şəhidin Goranboy rayonunun Xoylu kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə-anası Nailə xanıma və tək qardaşı Tərxan NamazbəyliAllahdan səbr və dözüm arzulanıb.

Məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə məclis düzənlənib, adına ehsan süfrəsi açılıb, ruhuna bir daha dualar olunub.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, Şəhid ailələri, Qazilər, kənd sakinləri, təhsil işçiləri, Goranboy rayonunun məsul şəxsləri, müəlllim və şagirdlər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Orxan Namazov 1994-cü ilin noyabr ayının 24-də Goranboyun Xoylu kəndində dünyaya gəlib…

Ailənin iki oğlan övladından biri, evin sonbeşiyi olub…

Anası Nailə xanım tərəfindən təkbaşına böyüdülüb…

İki yaş ondan böyük olan qardaşı Tərxan ali təhsilli və bir qız atasıdır…

2 il Gəncə şəhərində yerləşən 6 saylı orta məktəbdə oxuduqdan sonra təhsilini Xoylu kənd orta məktəbində davam etdirib…

Ali məktəb arzusunda olan Orxan orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Regional Kollecinə daxil olub…

Birinci semestrdən sonra, 2013-cü ilin yanvar ayında Əsgərliyə, Vətənin keşiyinə yollanıb və 2014-cü ilin iyulunda həqiqi hərbi xidmətini başa vurub yenidən evinə, ailəsinə, Xoyluya dönüb…

2017-ci ildən isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Azərbaycan Ordsunun peşəkar hərbçisi, Kiçik giziri olub…

İkinci Vətən Müharibəsi zamanı isə ilk saniyələrdən döyüşlərdə olub…

Şərəfli döyüş yolu 10 gün çəkib…

Oktyabrın 6-dan 7-nə keçən gecə isə Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 3 gündən sonra, oktyabrın 10-da Xoylu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

İstədiyi, sevdiyi qız olsa da, ailə həyatı qurmayıb…

O, həm də Xoylunun 3 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Məkanı cənnətlik mübarək olsun!

Nur içində yatsın!

16:30

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Fəxri həm mənim, həm də Azərbaycanımın Fəxridir…Düzdür, Fəxrisiz həyat, Fəxrisizlik mənim çox çətindir, çox ağırdır, çox dözülməzdir, amma Fəxri bu millətin, bu dövlətin başını dünyada Uca edən Oğullardandır, Zəfər, Qələbə Şəhidlərimizdəndir…”-İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin Əbədiyyətə uğurlanmasından 5 il keçdi-ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT EDİLDİ, VƏTƏN NAMİNƏ FƏDAKARLIĞINDAN SÖZ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Naftalanlı İkinci Vətən Müharibəsi Şəhidi-BU GÜN ANIM GÜNÜ OLAN TƏK OĞUL, İKİ QIZ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN BƏHRUZ QULİYEV… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir