Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun Boyəhmədli (Mustafaağalı) kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən Asəf İlqar oğlu Əsgərovun bu gün Anım Gündür.
Bu gün-12 oktyabr 2026-cı il tarixində Asəf Əsgərovun Əbədiyyətə uğurlanmasından altı il keçir.
Anım günü ilə bağlı bu gün- səhər saatlarında Şəhidin Mustafaağalı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib,“Quran” oxunub.
Həmçinin, qısa çıxışlar edilib, Şəhidin ailəsinə, əzizlərinə Allahdan səbr və dözüm arzulanıb.
Ziyarətdən sonra Şəhidin ailəsinin Bərdə şəhərində yaşadığı evdə adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar olunub.
Xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində Asəf Əsgərovun ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.
***
Qeyd edək ki, Asəf Əsgərov 1990-ci ilin fevralın 19-da Bərdənin Boyəhmədli kəndində, sadə bir ailədə dünyaya gəlib.
Ailədə üç qardaş olublar.
Orta məktəbi bitirdikdən, əsgərliyə getdikdən sonra həyatını Ordu ilə bağlayıb.
Əsgərliyi də daxil olmaqla, 13 ilin peşəkar hərbçisi-əvvəlcə MAXE, sonra isə Gizir, tank komandiri olub.
Həm Aprel, həm İyul döyüşlərində iştirak edən Asəf ilk gündən İkinci Vətən Müharibəsinin də savaşçılarından olub.
Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərin birində, sentyabrın 29-da isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Neytral zonada qaldığı üçün bir neçə gün nəşini əldə etmək mümkün olmayıb.
Yalınız oktyabrın 12-də nəşini götürmək mümkün olub və nəşi elə həmin Mustafaağalı kənd qəbiristanlığında dəfn edilib.
Şəhidliyindən sonra medallarla və “Qarabağ” ordeni ilə təltif olunub.
Asəf həm də ailəli olub, bibisi qızı Aydan xanımla ailə həyatı qurub, iki oğlu dünyaya gəlib.
İki övladı-Emili və Kənanı Vətənə əmanət qalıb.
Bərdə rayonunda adını daşıyan küçə var.
Nur içində yatsın!
13:48
***
FOTOLAR:





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





