Anım Günündə Samuxlu Antiterror Şəhidi, iki qız övladı Vətənə əmanət qalan Fizuli Məmmədovun-MƏZARI ZİYARƏT OLUNDU, 34 İLLİK ŞƏRƏFLİ ÖMÜR VƏ DÖYÜŞ YOLUNDAN BƏHS EDİLDİ, ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Samux rayonundan olan Antiterror Şəhidi Fizuli Bəhruz oğlu Məmmədovun Anım günüdür.

Fizuli Məmmədovun bu gün-22 sentyabr 2026-cı il tarixində Əbədiyyətə uğurlanmasından 3 il keçir.

Anım Günü ilə bağlı bun gün səhər saatlarında Şəhidin Qovlarsarı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya nümayiş etdirilib.

Məzarını ziyarətdən sonra isə Şəhidin ailəsinin yaşadığı evdə məclis düzənlənin, adına ehsan süfrəsi açılıb.

Anım məclisində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Çıxışlar edilib, Şəhidin keçdiyi 34 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan, İgidliyi və Qəhrəmanlığından bəs edilib.

Bir daha ruhuna dualar olunub.

Xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, doğmaları, kənd sakinləri, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri, Samux rayonunun rəhbər və məsul şəxsləri iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Fizuli Məmmədov 1989-cu ilin 5 aprel tarixində Samux rayonunun Qovlarsarı kəndində dünyaya gəlib.

Ailənin dörd övladından, üç qardaşdan biri olub.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub, ali təhsilə yiyələnib.

Ali təhsilini bitirdikdən sonra Əsgərliyə yollanıb.

Həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra-2016-cı ildən isə həyatını hərb, Ordu ilə bağlayıb.

Leytenant hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsinin və “Qisas” əməliyyatının iştirakçısı olub.

2022-ci ilin sentyabr ayında “Qisas” əməliyyatı zamanı Laçın istiqamətində qolundan və kürəyindən yaralanıb, ancaq qısa müalicə və müayinədən sonra yenidən Orduda fəaliyyətini davam etdirib.

2023-cü ilin sentyabr ayının 19-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda həyata keçirilən 23 saatlıq lokal xarakterli Antiterror tədbirləri zamanı isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Sentyabrın 20-də Xocalı istiqamətində Şəhidlik zirvəsinə yüksələn Fizuli Məmmədovun nəşi iki gün sonra-22 sentyabr tarixində Qovlarsarı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

İkinci Vətən Müharibəsindən sonra “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, eyni zamanda, Qovlarsarının son altı ildəki ikinci Şəhididir.

Fizuli həm də ailəli olub, xalası qızı Günel xanımla ailə həyatı qurub.

İki qızı-orta məktəb şagirdləri olan Fatimə və Zəhrası ailəsinə, Vətəninə əmanət qalıb.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

14:25

***

FOTOLAR:

16:17

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş pulsuz olacaq-SABAHDAN

Read Next

Rəsmi Bakı Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır-XİN BƏYANAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir