Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Rusiya prezidenti Vladimir Putin Türkiyənin qədrini bilsin. Ukrayna və Suriya siyasətinə görə Putini bir Qərb dövləti səfərə dəvət etmir, münasibətlər son dərəcə gərgindir, sanksiyalar da bir tərəfdən Rusiyanı boğur. Putin isə nəinki Türkiyəyə gedib bu ölkənin rəsmiləri ilə görüşüb böyük ikitərəfli sazişlərə imza atacaq, İstanbulda keçirilən böyük enerji konfransında çıxış da edəcək”.
Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O, deyib ki, Putinin bu cür tribunaya ehtiyac var:
“İki dövlət arasında yeganə fikir ayrılığı yaradan mövzu Suriyadır ki, buna da çarə tapıblar: Türkiyə Əsədə qarşı ritorikasını yumşaldıb, Suriyadakı hədəfi ancaq terrorçulardır, Rusiya isə silahlı kürdlərə dəstək verməyəcək. Məncə, Suriya ilə bağlı işə yaramayan Rusiya-ABŞ anlaşmasından fərqli olaraq Ankara ilə Moskva öz aralarındakı anlaşmalara riayət edəcəklər. Çünki hər ikisinin bir-birinə ehtiyacı var”.
Etikxeber.az