“Ankara ilə Moskva anlaşmazlıq içindədirlər…” – POLİTOLOQ

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışdı. Telefon danışığının təşəbbüskarı Ərdoğan idi. Ümumiyyətlə Putin nadir hallarda özü kiməsə zəng etməyə üstünlük verir. Putinin neçə illik taktikası belədir ki, tərəfdaşları onunla hesablaşmalı və birinci onlar Kremlə zəng etməlidirlər. Liderlər bu dəfə Suriyanın İdlib şəhərinin ətrafındakı vəziyyəti müzakirə etdilər.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, telefon danışığının xəbəri Rusiya və Türkiyə mətbuatında fərqli şəkildə izah olunub.

“Türkiyə mətbuatı yazır ki, telefon danışığında liderlərin Soçi anlaşmasına riayət edilməsi gərəkliyi vurğulanıb. Ankaranın istəyi də məhz budur. Ancaq problem ondadır ki, Ankara ilə Moskva mətni heç yerdə yayınlanmayan Soçi razılaşmasını fərqli dəyərləndirirlər. Türkiyəyə görə bu razılaşma İdlib ətrafında tampon bölgənin yaradılması və atəşkəsin qorunmasıdır. Rusiyaya görə isə Soçi razılaşması İdlibdəki terrorçuların tərksilah olunmasıdır. Soçi razılaşması fərqli dəyərləndiyinə görə də Ankara ilə Moskva anlaşmazlıq içindədirlər. Rusiya mətbuatını isə oxuduqda sanki Putinin telefon danışığında Ərdoğana ultimatum verdiyi görüntüsü yaradır. Rusiya mətbuatında yayınlanan cümlələrə diqqət yetirək: “Putin Ərdoğanın Suriyanı bölməsi planının əleyhinədir”, “İblibdəki ekstemistlər tərksilah olunmalıdırlar”. Belə görünür ki, bu telefon danışığı da nəticəsiz qaldı…”-deyə, politoloq sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanışlıq – FOTOLAR

Read Next

Deputatlar həbsdə olan eks-prezidentin səhhəti ilə maraqlandı və…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir