Antalya Film Festivalında 140-dək ekran əsəri nümayiş olunacaq

Oktyabrın 16-da Türkiyənin Antalya şəhərində keçiriləcək 53-cü Beynəlxalq Antalya Film Festivalında 140-dək ekran əsəri nümayiş olunacaq.

Etikxeber.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, festivalı 40 minədək insan canlı izləyə biləcək. Bunun üçün artıq müvafiq saytda bilet satılıb. Bundan əlavə, festivalın “Beynəlxalq müsabiqə” kateqoriyası üzrə 10-dək ekran əsəri yarışacaq.

Oktyabrın 23-dək davam edəcək festivalda “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı musiqi”, “Ən yaxşı qadın oyunçu” və “Ən yaxşı kişi aktyor” mükafatlarının sahibini ingilis rejissor Hyu Hudsonun başçılıq etdiyi “Beynəlxalq tammetrajlı münsiflər heyəti” müəyyən edəcək.

Ən yaxşı ekran əsəri “Qızıl portağal” heykəlinə və 50 min avroluq pul mükafatına layiq görüləcək.

Festivalda Türkiyə ilə yanaşı, İsrail, İspaniya, Gürcüstan, Bolqarıstan, Fransa, İtaliya, Belçika, Polşa və Hollandiya filmləri nümayiş olunacaq.

Etikxeber.az

Read Previous

Ayaqqabının dabanlarında heroin aşkar edildi

Read Next

“Qondarma “DQR”-in müstəqilliyini tanımamışıq”- Maykl Hənkok

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir