Antibiotiklər uşaqlarda eşitmə, görmə qüsurları yarada bilər – QƏNİRƏ PAŞAYEVA – YENİLƏNİB

Qənirə Paşayeva: Autizmdən, depresiyyadan əziyyət çəkənlərin sayı artır

Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb. Bu xəstəliyin daşıyıcısı olan insanların, uşaqların sayı ildən-ilə artmaqdadır. Bu, hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin Səhiyyə komitəsinin ilk iclasında çıxışı zamanı adıçəkilən komitənin üzvü, ixtisasca həkim olan millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili qeyd edib ki, ailələr, valideynlər tərəfindən demək olar ki, hər gün ona və digər millət vəkillərinə bununla bağlı çoxsaylı müraciətlər daxil olur:

“Hər gün bununla bağlı ürəkağrıdan  müraciətlər alırıq. Bu, çox ciddi, təhlükəli bir hədd alıb. İnsanlar, valideynlər övladlarının taleyindən, sağlamlığından ciddi narahatdırlar. Bu, adi bir xəstəlik deyil, böyük bir bəladır. Ona görə hesab edirəm ki, həm bu xəstəliklə bağlı ayrıca qanun layihəsinin hazırlanıb, qəbul olunmasına, həm də bu istiqamətdə ictimai dinləmələrin təşkil edilməsinə ciddi ehtiyac var. Bu insanlara, autizmdən əziyyət çəkənlərə diqqət daha da gücləndirilməlidir”.

Millət vəkili sonra antibiotiklərin satışı və istifadəsi məsələsinə toxunub.

GANİRA-MM

Qeyd edib ki, çox təəssüflər olsun ki, son illər antibiotiklərdən istifadə edənlərin sayı çoxalıb, xüsusilə də, uşaqlara daha çox antibiotiklər verilir:

“Özü də çox zaman heç bir həkim məsləhəti, həkim resepti olmadan insanlar, valideynlər istədikləri apteklərdən antibiotiklər alır və istifadə edirlər. Daha çox da uşasqlara bu antibiotiklər verilir. Hesab edirəm ki, bu, çox təhlükəli və qorxulu bir məsələdir. Çünki bunlar gələcəkdə uşaqların eşitməsində, görməsində fəsadlar törədə bilər. Ona görə antibiotuiklərin satışı, istifadəsi məsələsi ciddi diqqətə, nəzarətə alınmalıdır, bu məsələdə özbaşınalığa son qoyulmalıdır və həm də qanunvericiliyin müddəaları sərtləşdirilmlədir”.

Xanım Paşayeva eyni zamanda cəmiyyətdə, insanlar arasında deprsessiya hallarının artmasından narahatlığını bildirib və bu məsələ ilə də bağlı ictimai dinləmələrin keçirilməsinin vacibliyini sözlərinə əlavə edib.

Q.Paşayeva çıxışında bunu da qeyd edib ki, hepatit C ilə bağlı müraciətlər çoxalıb.

Millət vəkilinin fikrincə, bunun səbəblərinin aydınlaşdırılması üçün parlamentdə hepatit C-nin sürətlə yayılması, onların qarşısının alınması istiqamətində dinləmələrin keçirilməsinə ehtiyac var.

***

Ahliman

 

Akademik: Peseptsiz antibiotik satılmamılı, bu dərman vasitələrinin keyfiyyətinə nəzarət artırılmalıdır

“Mən antibiotiklərin satışının Azərbaycandakı qədər sadə olduğu ikinci bir ölkə tanımıram”.

Bunu isə adıçəkilən komitənin sədri, akademik Əhliman  Əmiraslanov Q. Paşayevanın fikirlərinə münasibətini açıqlayarkən bildirib.

Ə.Əmiraslanov qeyd edib ki, dünya ölkələrində antibiotiklərin reseptsiz satılması mümkün deyil: “Antibiotikləri lazım oldu-olmadı istifadə etmək son dərəcə təhlükəlidir. Son elmi məqalələrdən də aydın görünür ki, onlar hətta insanların genetik mutasiyasına təsir edir. Antibiotikdən istifadə nəticəsində insanlarda müəyyən qüsurların yaranması barədə məlumatlar var. Antibiotiklərlə bağlı çox ciddi qanun-qayda yaradılmalıdır”. Akademik qeyd edib ki, reseptsiz antibiotik satılmamılı, bu dərman vasitələrinin keyfiyyətinə nəzarət artırılmalıdır: “Təəssüflər olsun ki, bəzən biz keyfiyyətsiz antibiotiklərə də rast gəlirik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Stomatoloji xidmət beynəlxalq standartlara uyğun gəlmir – MƏLAHƏT İBRAHİMQIZI

Read Next

Ailə Məcəlləsinə hansı dəyişikliklər təklif olunur?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir