Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qızılağac-Masallı Şəhidləri…
Bir kəndin iki İkinci Vətən Müharibəsi Şəhidi…
Əlisa Əliyev və Cavad Babayev…
İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladları…
Nur üzlü İkinci Qarabağ Savaşı Şəhidləri…
***
Qeyd edim ki, bu gün-13 iyul 2024-cü il tarixində, səhər saatlarında Astarada, Kələdəhnə qəsəbəsində Antiterror Şəhidi, ailənin dörd övladından, iki qardaşdan biri, evin sonbeşiyi, iki övladı Vətənə əmanət qalan Əli Rüstəm oğlu Babazadənin Cənnətdəki ilk döğum günü mərasimində daha bir Şəhid atası ilə tanış oldum…
Masallılı İkinci Vətən Müharibəsi Şəhidi Əlisa Əliyevin atası Arif Əliyevlə məni Goranboylu, Qızılhacılılı Antiterror Şəhidi Hüseyn Nəsibovun atası Hacı Əfqan Nəsibov tanış etdi…
Onu da qeyd edim ki, Antiterror Şəhidləri Əli Babazadə ilə Azərbaycan Ordusunun Əsgəri Hüseyn Nəsibov eyni gündə və eyni istiqamətdə Şəhid olublar…

14 ilin peşəkar hərbçisi, Kiçik leytenant, İkinci Vətən Müharibəsinin, “Qisas” əməliyyatı və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının iştirakçısı, bir neçə medallı və 3-cü dərəcəli “Rəşadət” ordenli Əli Babazadənin Cənnətdəki ilk doğum günü mərasimində iştirak, məzarını ziyarət etdikdən sonra mənim xahişimliə Lənkəranlı, Şiləvarlı İkinci Vətən Müharibəsi Şəhidi Mirməhəmmədəli Tərlan oğlu Rzazadənin ailəsində, ocağında olduq…
Ailənin üç övladından biri, subay Mirməhəmmədəli Rzazadənin də Cənnətdəki dördüncü doğum günü, 27 yaşının tamam olması ilə bağlı ailəsini-anası Gülbəniz xanımı, bir övlad anası olan tək bacısını və tək qardaşını, ocağını ziyarət etdik…

Şəhidimizin ailəsinə, anasına Allahdan səbr arzuladıq, “Şəhidimizin məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!”-dedik…
Təxminən 50 dəqiqə çəkən ziyarətimiz zamanı Şəhidimizin anası, doğmaları, tək bacısının həyat yoldaşı-3 ilin hərbçisi, keçmiş Xüsusi Təyinatlı, İkinci Vətən Müharibəsi zamanı Füzulidən ta Şuşayacan şərəfli döyüş yolu keçən müharibə veteranı, iki medallı, hazırda işsiz olan Mirmöhsüm Azad oğlu Abbaszadə ilə dərdləşdik, söhbətləşdik…
Söhbət zamanı o da məlum oldu ki, Şəhid Əlisa Əliyevlə müharibə veteranı Mirmöhsüm Abdullazadə eyni istiqamətlərdə döyüşüblər…
Mirməhəmmədəli Rzazadənin ocağını, ailəsini ziyarətdən sonra isə Şəhid ataları-Arif Əliyev və Əfqan Nəsibovla birlikdə Masallıya, Qızılağaca üz tutduq…
Öncə Qızılağac qəbiristanlığını, kəndin İkinci Vətən Müharibəsi Şəhidləri Əlisa Əliyev və ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı, subay, Qubadlı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalan, nəşi 11 noyabr 2020-ci il tarixində Əbədiyyətə uğurlanan Cavad Gülverdi oğlu Babayevin məzarlarını ziyarət etdik…

Sözügedən Şəhidlərin ruhlarına dualar etdik, ruhları qarşısında ehtiramla baş əydik…
Şəhidlərin məzarlarını ziyarətdən sonra isə Əlisa Əliyevin ocağına baş çəkdik…
Şəhidimizin valideynlərinə, ailə üzvlərinə Böyük Yaradandan dözüm dilədik…
“Şəhidimizin məqamı Uca, dərgahı mübarək olsun!”-dedik…
Əlisa da daxil olmaqla, bir ömür boyu cəmi Şəhidlərimizə borclu olduğumuzu bildirdik…
Təxminən bir saata yaxın çəkən ziyarətimiz zamanı Şəhidimizin valideynləri ilə birlikdə Əlisa Əliyevin qısa, lakin şərəfli 20 illik həyat və döyüş yoluna nəzər saldıq…
Bu yerdə qeyd edim ki, Əlisa Əliyev 2000-ci ilin 8 yanvar tarixində Masallının Qızılağac kəndində dünyaya gəlib…
Ailənin dörd övladından, iki qardaşdan biri, evin sonbeşiyi olub…
2006-2017-ci illərdə orta məktəbdə oxuyub…
2018-2019-cu illərdə Goranboy rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət edib…
İkinci Vətən Müharibəsi zamanı isə hərbi səfərbərliyə cəlb olunub…
Cəbrayıl-Füzulidən Xocavənd-Şuşayacan şərəfli döyüş yolu keçib…
Axırıncı dəfə ailəsi ilə noyabrın 5-də danışıb…
Və bir gün sonra, 6 noyabr tarixində Şuşa istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi bir gün sonra, 7 noyabr tarixində Qızılağac kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 6 medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
O, həm də subay olub…
Hazırda Onun da, Cavad Babayevin də Qızılağac kəndində adlarını daşyan küçələr var…
Hər dörd Şəhidimizin-Əli Babazadənin, Mirməhəmmədəli Rzazadənin, Əlisa Əliyevin və Cavad Babayevin məkanları bir daha cənnətlik olsun!
Bir daha ruhları qarşısında ehtiramla baş əyirik!
Dördü də Nurlar içində yatsınlar!
Baş tacımız, Qürur mənbəyimiz, And yerimizdirlər!
21:20
***
FOTOLAR:





***





***





***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az