Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Antiterror Şəhidlərindən-əslən Lənkəranlı, özü isə Bakılı, Xətaili olan Zeynal Mustafa oğlu İsmiyevin bu gün doğum günüdür.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı Zeynal İsmiyevin bu gün 19 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ilk doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, 2 iyul 2005-ci il doğumlu, Azərbaycan Ordusunun-cəmi 2 ayın Əsgəri olan Zeynal İsmiyevin Cənnətdəki ilk doğum günü ilə bağlı bu gün səhər saatlarında Bakı şəhərində-Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər məzarlığında məzarı ziyarət olunub.
Bakı Biznes və Kooperasiya Kollecinin tələbəsi olmuş bir medal və bir ordenli, subay Zeynal İsmiyevin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.
Sonra “Grand Neon” şadlıq sarayında Şəhidin Cənnətdəki ilk doğum günü ilə bağlı məclis düzənlənib.
Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Bir daha ruhuna dualar olunub.
Sonra çıxışlar başlayıb.
Şəhidin valideynləri, doğmaları belə bir gündə onların yanlarında olduqları üçün məclis iştirakçılarına, xüsusilə, Şəhid ailələrinə öz minnətdarlıqlarını bildirib, övlad dərdinin dözülməz və çətin olduğunu dilə gətirib, amma eyni zamanda, övladları ilə Fərx etdiklərini, Qürur duydquqlarıı söyləyiblər.
Çıxışlarda isə Şəhidin keçdiyi qısa, lakin şərəfli 18 illik həyat yolundan, İgidliyi və Qəhrəmanlığından danışılıb, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.
Hər zaman Şəhid ailələrinin yanında olan “Odlar yurdu” qrupu və tanınmış iş adamı Mübariz Mənsimovun adından Şəhidin valideynləri-anası Vüsalə xanım və atası Mustafa İsmiyevə “Xarıbülbül” simvolu təqdim edilib.
Simvolu adıçəkilən qrupun tanınmış üzvü Azər Hüseynov təqdim edib.
Məclisdə həmçinin, Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər, musiqilər səsləndirilib.
Bu zaman kövrək, təsirli, duyğulu anlar yaşanıb.

Tanınmış bəstəkar, hər zaman Şəhid ailələrinin və Qazilərin yanında olan Ruslan Səfərlinin Şəhidə həsr və ifa etdiyi mahnı, tanınmış və sevilən müğənni Eldəniz Məmmədovun və digər ifaçıların səsləndirdiyi mahnılar məclis iştirakçılarını kövrəldib, təsirləndirib.
Məclis iştirakçıları, xüsusilə, müxtəlif bölgələrdən gəlmiş Şəhid ailələri, Şəhid anaları, Şəhid ataları göz yaşlarına hakim ola bilməyiblər.
Sonda isə Şəhidin Cənnətdəki ilk doğum günü ilə bağlı hazırlanmış tort kəsilib, xatirə fotoları çəkdirilib.
13:58
***
FOTOLAR:
















15:58
***




















16:58
***








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az